Accessibility links

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb


ABŞ Hərbi Hava Qüvvələri bildirib ki, Kaliforniyanın şimalında U-2 kəşfiyyat təyyarəsinin qəzaya uğramasından bir neçə dəqiqə əvvəl təyyarəni tərk etməyə cəhd edən pilotlardan biri həlak olub, digəri isə yaralanıb.

Qəza Sakramentodan 97 kilometr məsafədə, Sutter Butte dağlıq ərazisində baş verib.

Pilotların Beale Hava Qüvvələri bazası yaxınlığında təlim keçmək məqsədi ilə havaya qalxdıqları deyilir.

Hava Qüvvələri pilotların adlarını və ya sağ qalan pilotun vəziyyəti barədə başqa hər hansı bir məlumat verməyib.

U-2 kəşfiyyat təyyarəsi ekstremal yüksəklikdə uçmaq qabiliyyətinə malikdir. Təyyarə kəşfiyyat analitikləri və döyüş komandirləri üçün yüksəklikdən foto şəkillər çəkib elektron siqnallar toplayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG