Accessibility links

ABŞ-ın iki hava şirkəti birləşir


AMR-Pilot Contract
AMR-Pilot Contract
ABŞ-ın ən böyük hava yolları şirkəti American Airlines kiçik rəqibi US Airways ilə birləşərək dünyanın ən böyük hava yolları şirkətini yaradır.

Çərşəmbə axşamı hər iki hava yolları şirkətinin idarə üzvləri birləşmək haqda razılığa gəlib. Birləşmə haqda rəsmi elan bu gün ediləcək.

Şirkət American Airlines adını saxlayacaq və təxminən 94 min işçisi olacaq. Hər gün minlərlə uçuş həyata keçirəcək hava yolları şirkəti 900 təyyarəyə malik olacaq.

American Airlines və US Airways şirkətlərinin birləşməsi Birləşmiş Ştatların aviasiya sənayəsində keçən on il ərzində ən böyük birləşmədir. Bu birləşmədən sonra ABŞ sənayesində dörd əsəs hava yolları şirkəti –Amerikan, Delta, United və Southwest şirkətləri qalıb.

American Airlines 2011-ci ildən müflisləşmədən müdafiə olunma şərtləri altında fəaliyyət göstərməyə başlayandan US Airlines şirkəti ilə birləşməyə cəhd göstərib.
XS
SM
MD
LG