Accessibility links

ABŞ və Talibanın vasitəçiləri Qətərdə danışıqlar aparır


ABŞ və Talibanın vasitəçiləri Qətərdə danışıqlar aparır
ABŞ və Talibanın vasitəçiləri Qətərdə danışıqlar aparır

Qətərdə Talibanın vasitəçiləri və ABŞ rəsmiləri arasında etibarın yaradılması və qarşıdan gələn sülh danışıqlarına hazırlıqlar məqsədilə danışıqlar aparılır.

Talibanın keçmiş rəsmisi Maulavi Qələmuddin ilkin danışıqlarda beş vasitəçinin iştirak etdiyini bildirib. Onun sözlərinə görə, danışıqlarda ABŞ-ın Kubada Quantanamoda hərbi həbsxanasındakı Taliban məhbuslarının azad edilməsinin mümkünlüyü məsələsi müzakirə ediləcək. O deyib ki, Dohada danışıqlarda bir neçə keçmiş Taliban rəsmisi və Talibanın lideri Molla Ömərin keçmiş katibi iştirak edir.

ABŞ-ın xüsusi nümayəndəsi Mark Qrossman keçən həftə deyib ki, Birləşmiş Ştatlar və Əfqanıstan Talibanın Qətərdə təmsilçiliyinin açılmasına dəstək verib. Lakin onun sözlərinə görə, məhbusların azad edilməsinə dair hələlik bir qərar çıxarılmayıb.

Birləşmiş Ştatlar 2014-cü ilə qədər Əfqanıstandan silahlı qüvvələrini çıxarmağı planlaşdırır.

XS
SM
MD
LG