Accessibility links

ABŞ Rusiya elitasına qarşı daha çox sanksiya tətbiq edəcəyini açıqlayıb


Rusiya Prezidenti Vladimir Putin. Sankt-Peterburq. 27 aprel, 2022.
Rusiya Prezidenti Vladimir Putin. Sankt-Peterburq. 27 aprel, 2022.

ABŞ hökuməti cümə axşamı Rusiya elitasının, o cümlədən Prezident Vladimir Putinin “pulu gizlətməyə və köçürməyə cəhd etmək və anonim olaraq dünya boyu lüks aktivlərdən istifadə etmək” üçün əl atdığı sanksiyalardan yayınma tədbirlərini aradan qaldırmağa çalışdığını bildirib.

Hədəflər arasında bir yaxta brokeri, təyyarə, Rusiya rəsmiləri və Putinə yaxın olan digər şəxslər var.

Hədəf olunan yaxtalara Rusiya bayrağı altında üzən Graceful və Kayman adaları bayrağı altında üzən Olympia, habelə Rusiya şirkətlərinə məxsus olan ShellestNega yaxtaları daxildir.

Ağ Ev bildirib ki, yeni sanksiyalar “yayınma hallarının qarşısını almaq və sanksiyaların tətbiqini gücləndirmək və Putinə və onun köməkçilərinə təzyiqi artırmaq məqsədilə” tətbiq olunub.

ABŞ dövlət katibi Antoni Blinken sanksiyaları açıqlayan bəyanatında deyib ki, “Birləşmiş Ştatlar Ukrayna xalqını dəstəkləməyə, eyni zamanda Prezident Putin və Rusiya təcavüzünə şərait yaradanlar üçün cavabdehliyi təşviq etməyə” davam edəcək.

ABŞ hökuməti bildirib ki, Putin ötən il indi sanksiyanın tətbiq olunduğu yaxtalarda “çox sayda səfərlər edib.”

“Rusiya elitası, o cümlədən Prezident Putin sərvətlərini və lüks aktivlərini gizlətmək, köçürmək və saxlamaq üçün” mürəkkəb dəstək şəbəkələrinə arxalanırlar, Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson deyib.

“Bugünkü tədbir onu göstərir ki, Maliyyə Nazirliyi qanunsuz yolla qazanılmış bu maraqları qorumaq və saxlamaqdan məsul olan şəxsləri təqib edə bilər və edəcək,” o deyib. “Biz sanksiyalarımızı tətbiq etməyə və Prezident Putin və onun elitasının özünü zənginləşdirdiyi yanlış sistemlərin üstünü açmağa davam edəcək.”

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG