Accessibility links

ABŞ Ukraynaya 3 milyard dollardan çox hərbi yardım ayıracağını açıqlayıb


ABŞ-ın dövlət katibi Antoni Blinken cümə günü bildirib ki, Birləşmiş Ştatlar Ukrayna və Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin təsirinə məruz qalan ölkələrə 3 milyard dollardan çox hərbi yardım paketlə təmin edəcək.

Dövlət katibinin yardımçısının müavini Laura Kuper Pentaqon müxbirlərinə deyib ki, hərbi yardım Ukrayna qüvvələrinə “döyüş meydanında dinamikanı dəyişməyə” yardım edə bilər.

ABŞ rəsmiləri Pentaqondakı brifinqdə xəbərdarlıq ediblər ki, onlar Putinin Ukraynanın nəzarətini ələ keçirmək səylərini azaldacağına dair bir işarə görmürlər və Rusiyanın Milad bayramı münasibətilə elan etdiyi atəşkəslə bağlı skeptisizmlərini ifadə ediblər.

“Bu, Ukraynaya hərbi müdaxilə etməyəcəyini deyən adamdır,” Kuper deyib. “Mən sizə deyə bilərəm ki, texniki olaraq atəşkəs pəncərəsində olsaq da, Ukraynada bu gün döyüşlərin olduğunu görürük.”

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi də eyni fikrləri təkrarlayıb. “Onlar son 10 aydır hər gün hücuma keçərək, ukraynalıların həyatlarını, Ukraynanın mülki infrastrukturunu və şübhəsiz ki, Ukrayna ərazisini almağa çalışırlar,” o deyib.

Kuper əlavə edib ki, çətin keçən qış havasına baxmayaraq, Ukraynanın şərqindəki Donbas kimi bəzi bölgələrdə döyüşlər daha da şiddətlənib.

“Məncə siz Rusiya qüvvələrinin irəliləyiş etməyə çalışdığını…çox kiçik ərazi əldə etməyə çalışmaq üçün qüvvələr dalğası göndərəcəyini görəcəksiniz,” Kuper deyib.

50 Bradley Döyüş Maşını, 500 TOW tank əleyhinə raket sistemi və əlavə döyüş sursatının daxil olduğu yardım paketi Ukrayna qüvvələrinə döyüşlərin böyük bir hissəsinin getdiyi şərqdə üstünlük əldə etməyə kömək edəcəyi gözlənilir.

Bununla belə, Pentaqon bildirib ki, Ukrayna qüvvələrinə lazım olan təlim keçmək Və Bradley-ləri Ukraynaya gətirmək bir neçə ay vaxt aparacaq.

Rəsmiləri həmçinin Ukraynaya Bradley-ləri və başqa zirehli maşınları verməyi indiyəyək təxirə salmaq qərarını müdafiə ediblər, çünki onlar bildiriblər ki, Ukrayna qüvvələrinin indiyədək başqa silah sistemlərinə daha çox ehtiyacları var idi.

Bradley-in yeni paketə daxil ediləcəyini ilk ABŞ Prezidenti Co Bayden açıqlayıb, Pentaqonun da cümə axşamı günü yaydığı bəyanatda bunu təsdiq edib.

Almaniya və Fransa da bu həftə zirehli maşınlar göndərəcəklərini açıqlayıblar.

Bundan əlavə Ağ Ev cümə axşamı bildirib ki, Almaniya da ABŞ kimi Ukraynaya müdafiə üçün Patriot raket batareyası göndərəcək. Rəsmilərin daha öncə aylarla vaxt aparacağı dediyi Patriotlardan istifadə ilə bağlı təlimlər artıq yekunlaşdırılır.

Patriot Qərbin Rusiyanın hava hücumlarını dəf etmək üçün bu günə qədər Ukraynaya verdiyi ən qabaqcıl “yer-hava” tipli raket sistemidir.

XS
SM
MD
LG