Accessibility links

ABŞ Avropa İttifaqının Rusiya aktivlərindən Ukraynanın maraqlarına uyğun istifadə etmək qərarını dəstəkləyib


Dövlət Departamentinin sözçüsü Metyu Miller
Dövlət Departamentinin sözçüsü Metyu Miller

ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların Avropa İttifaqının Rusiya aktivlərindən ukraynalıların maraqlarına uyğun istifadə etmək üçün istənilən addımını təşviq etdiyini bildirib.

Dövlət Departamenti bu açıqlamanı Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynaya göndərilməsinə icazə verməsindən sonra verib.

"Biz Böyük Yeddilər (G7) ölkələri də daxil olmaqla, müttəfiqlərimiz və tərəfdaşlarımızla Rusiyanı Ukraynaya qarşı təcavüzünü dayandırmağa məcbur etmək və zərərin ödənilməsini təmin etmək üçün müvafiq və beynəlxalq hüquq çərçivəsində atıla biləcək əlavə addımlar barədə dialoqu aktiv şəkildə davam etdiririk", Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O əlavə edib ki, Dövlət Departamenti Rusiyanın aktivləri kimi məsələlərlə bağlı ABŞ-da qanunun qəbul edilməsini istərdi.

"Biz daha əvvəl də müttəfiqlərimiz və tərəfdaşlarımızla bu kimi müzakirələri davam etdirərkən bunun bizə çeviklik təmin edəcəyini açıq şəkildə bildirmişdik. Biz nəhayətdə Rusiyanın vurduğu ziyanı ödəməsini istəyirik və bunun üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə davam edəcəyik", Miller deyib.

Forum

XS
SM
MD
LG