Accessibility links

ABŞ yenilənmiş COVID peyvəndlərini təsdiqləyir


ABŞ bazar ertəsi yenilənən COVID-19 peyvəndlərini təsdiqləyərək, bununla koronavirusun ən son ştammlarına qarşı müdafiəni gücləndirməyə, bu payız və qış mövsümlərində hər hansı artımın qarşısını almağa ümid edir.

Ərzaq və Dərman Administrasiyasının qərarı ilə hətta heç vaxt koronavirus peyvəndi vurulmamış olsa belə əksər amerikalılara Moderna, Pfizer və BioNTech şirkətinin ən yeni vaksinlərini əldə etmək imkanı verilir. Bu, illik qrip peyvəndi kimi COVID-19 peyvəndinin də payız mövsümündə yenilənməsinə keçidin bir hissəsidir.

Daha bir addım Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin imza atması olmalıdır. Mərkəzlərin məsləhət panelləri çərşənbə axşamı yenilənmiş peyvəndlərə daha çox kimin ehtiyacı olduğuna dair tövsiyələr verəcək. Peyvəndlərdən istifadə bu həftənin sonunda başlaya bilər və həm COVID-19, həm də qrip peyvəndi eyni zaman edilə bilər.

COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirmələr yayın sonundan bəri artmaqdadır. Lakin əvvəlki peyvəndlər və infeksiyalar nəticəsində əldə edilmiş davamlı immunitet sayəsində xəstəxanaya yerləşdirmələr keçən il bu vaxt olduğu qədər deyil.

Lakin zaman keçdikcə infkesiyadan qorunma qabiliyyəti zəifləyir və koronavirusun davamlı olaraq əvvəlki qorunmadan yayına bilən yeni variantları əmələ gəlir. Peyvəndlərdə sonuncu dəfə dəyişikliyin edilməsindən bir il vaxt keçib.

Əvvəlki peyvəndlər kimi payız dövrünün peyvəndləri böyüklər və 6 aydan yuxarı uşaqlar üçündür. Ərzaq və Dərman Administrasiyası 5 yaşından başlayaraq insanların çoxunun əvvəllər heç vaxt COVID-19 peyvəndi vurulmasa belə bir doza ala biləcəyini bildirib.

Kiçik yaşlı uşaqlara COVID-19 infeksiyası və peyvənd tarixlərindən asılı olaraq əlavə dozalar lazım ola bilər.

Ən yeni peyvənd XBB.1.5 adlı omikron variantını hədəf alır. Bu xüsusi ştam artıq dominant olmasa da, lakin bu gün əksər COVID-19 xəstəliklərinə səbəb olan koronavirus ştammlarına kifayət qədər yaxındır. Ərzaq və Dərman Administrasiyası bu peyvəndin yaxşı çarpaz qorunmanı təmin edəcəyini deyir.

Bu ən yeni peyvəndlər orijinal koronavirus ştammına və hətta köhnə omikron variantlarına qarşı qarışıq qorunma yaradan kombinasiyalı vaksinləri əvəz edir.

Vaksinlərin əvvəlki versiyaları kimi, bu ən yeni vaksinlərin də yüngül infeksiyadan daha çox ağır xəstəlik, xəstəxanaya yerləşdirmə və ölüm hallarına qarşı ən çox qoruyucu olacağı gözlənilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG