Accessibility links

ABŞ rəsmiləri Senatı strateji silahların azaldılmasına dair müqaviləni ratifikasiya etməyə çağırır


ABŞ Dövlət katibi Hillari Klinton qanunvericilərə deyib ki, Strateji Silahların Azaldılmasına dair Müqavilə Birləşmiş Ştatları daha təhlükəsiz edir

Birləşmiş Ştatların üç yüksək səviyyəli rəsmisi ABŞ senatını Rusiya ilə nüvə silahlarına dair müqaviləni ratifikasiya etməyə çağırır.

ABŞ Dövlət katibi Hillari Kliton qanunvericilərə deyib ki, Strateji Silahların Azaldılmasına dair Müqavilə Birləşmiş Ştatları daha təhlükəsiz edir. Klintonun sözlərinə görə, müqavilə Amerikanın rəqibləri üçün zərbə olacaq və ABŞ-ın nüvə silahlarının İran və Şimali Koreya kimi ölkələrə yayılmaması səylərinə yardım edəcək.

ABŞ Müdafiə naziri Robert Geyts və Birgə Qərargahlar rəisi, admiral Maykl Mallen də qanuvericiləri əmin ediblər ki, müqavilə ABŞ-ın nüvə hücumunun qarşısını almaq qabiliyyətini azaltmayacaq.

XS
SM
MD
LG