Accessibility links

"Möhtəşəm Fabrika: Kainatın cizgiləri" bayram mövsümünün əhval-ruhiyyəsini canlandırır


"Möhtəşəm Fabrika: Kainatın cizgiləri" bayram mövsümünün əhval-ruhiyyəsini canlandırır
please wait

No media source currently available

0:00 0:03:25 0:00

"Möhtəşəm Fabrika: Kainatın cizgiləri" bayram mövsümünün əhval-ruhiyyəsini canlandırır

Qarla örtülmüş kəndlər, şelkunçiklər, konfetlər və başqa təsvirləri ilə Artechouse-un "Möhtəşəm Fabrika: Kainatın cizgiləri" bayram mövsümünün əhval-ruhiyyəsini canlandırır.

Vaşinqton şəhərində yerləşən Artechouse ən son texnologiyadan istifadə edərək, interaktiv və möhtəşəm qurğuları və sərgiləri ilə tanınan innovativ incəsənət muzeyidir. Bu bayram mövsümü də istisna olmayıb. Artechouse "Möhtəşəm Fabrika: Kainatın cizgiləri"ni təqdim edir. Artechouse-un baş meneceri Coş Feldman: "Möhtəşəm Fabrika: Kainatın cizgiləri" ziyarətçiləri bayram mövsümünün görməli yerləri və səsləri ilə tanış edir. Lakin bu, texnoloji yolla baş verir. Burada ziyarətçilərin interaktiv texnologiya vasitələrindən istifadə edərək, keçə biləcəkləri hədiyyə çuxuru da olmaqla, hər şey var. Biz bütün sərgilərimizlə ziyarətçilərin transformasiya olunacağına və bu transformativ təcrübəni təqdim edəcəyimizə ümid edirik. Biz bu hissləri, bu yaradıcılığı təşviq etmək üçün buradayıq".

Sərginin mərkəzində bütün bir otağı tutan irimiqyaslı böyük instalyasiya yerləşdirilib. Bu, səs və vizual effektlərlə müşayiət olunan, ziyarətçiləri media sənətinin paralel kainatına aparan dəyişən məkanlar zalıdır. Coş Feldman: "Bu, ziyarətçilərin keçdiyi doqquz səhnədən ibarət 22 dəqiqəlik bayram səyahətidir. Elə səhnələr var ki, bayram fəslini təsvir edir, lakin özünəməxsus şəkildə. Məsələn, ətrafınızda minlərlə şelkunçikin uçduğu və üzdüyü bir yer var, ya da hər şeyin kaleydoskop kimi dəyişdiyi bir kənd var və siz orada robotların yaşadığını görürsünüz. Həqiqətən unikal olan odur ki, siz addım ataraq, buraya tam qərq ola bilir, bunu hiss edə bilirsiniz."

Bütün Artechouse sərgiləri kimi, "Möhtəşəm Fabrika" da interaktivlik haqqındadır. Ziyarətçilər içərisində şelkunçik olan bu qutu və ya hədiyyə satan virtual avtomatla özlərini vizual effektlər yaratmaqda sınaya bilər. "Artechouse – bu sənət, texnologiya və evdir! Düşünürəm ki, mənim sevdiyim tərəf yəqin ki, texnologiyadır. Bu sənəti yaratmaq üçün texnologiyadan necə istifadə edildiyi mənim çox xoşuma gəlir" deyə, Robbi adlı ziyarətçi bildirir.

Mora: "Mən buraya ilk dəfədir gəlirəm və sərgidə ən çox xoşuma gələn tərəf sadəcə orada oturub müxtəlif vizual təcrübələrə diqqət yetirdiyiniz zaman onun nə qədər real olduğunu hiss etmənizdir."

Çama: "Bu, çox cəlbedicidir. Rollercoaster kimi hiss olunur, lakin sən hərəkət etmirsən, buna görə də çox gözəldir."

Hillari: "Mən buranı sevirəm, hər iki aydan bir fərqli rəssamlar olur. Milad mövsümünə sə ilk dəfə gəlirəm."

Sərgi salonlarından birində həm böyükləri, həm də uşaqları valeh edən daxili rəqəmsal filtrlərin yerləşdirildiyi interaktiv güzgülər var. Boqdan Dann: "Mənim üçün ən çox sevdiyim yer, yəqin ki, ayaq üstə dayana biləcəyiniz və hərəkət edə bilən hədiyyələrdir!"

Adətən Artechouse xarici rəssamların və dizaynerlərin əsərlərini və layihələrini təqdim edir. Lakin "Möhtəşəm Fabrik"i unikal edən burada təqdim olunan hər şeyin Artechouse rəssamlarının yaratdıqlarıdır.

İnteraktiv sərgi bayram mövsümündə ictimaiyyət üçün açıqdır və yanvarın 8-də bağlanacaq.

XS
SM
MD
LG