Accessibility links

ABŞ-da yaşayan azərbaycanlılar Konqres üzvlərinə məktub kampaniyasına başlayıb


ABŞ-da yaşayan azərbaycanlılar Konqres üzvlərinə məktub kampaniyasına başlayıb
ABŞ-da yaşayan azərbaycanlılar Konqres üzvlərinə məktub kampaniyasına başlayıb

Amerikada yaşayan Azərbaycan-türk diasporunun üzvləri 20 yanvar hadisələrinin Birləşmiş Ştatlar Konqresində bir dəqirəlik sükutla anılması və rəsmi bəyanat verilməsi üçün ABŞ qanunvericilərinə məktub kampaniyasına başlayıb.

ABŞ-da yaşayan azərbaycanlılıarın təşkilatı USAN-ın diaspor üzvlərinə ünvanladığı müraciətdə1990-cı il yanvar ayının 20-də Sovet ordusunun günahsız Azərbaycan vətəndaşlarına hücum etdiyi, qanlı hadisələrdə 170 adamın həlak olduğu, 321 nəfərin itkin düşdüyü, 700-dən çox adamın yaralandığı qeyd edilir. Məktubda deyilir ki, “Qara Yanvar” Sovet ordusunun vətəndaşlara qarşı ən böyük kollektiv cəzalandırma kampaniyası idi. Müraciətdə beynəlxalq Human Rights Watch təşkilatının hadisələrlə bağlı hesabatında yazdıqları qeyd edilir. Burada deyilir: ”Sovet ordusunun yanvarın 19-dan 20-ə keçən gecə törətdikləri zorakılıqlar azərbaycanlıların göstərdiyi müqavimətlə o dərəcədə qeyri-proporsional idi ki, bunu kollektiv cəzalandırma adlandırmaq olar.”

USAN ABŞ-da yaşayan azərbaycanlıları yanvar hadisələrinin qurbanlarının xatirəsinin anılması məqsədilə təmsil olunduqları ştatlardan seçilmiş konqresmenlər və senatorlara məktub göndərməyə çağırır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG