Accessibility links

ABŞ Aleksandr Lukaşenkonun təyyarəsi də daxil olmaqla, bir neçə müəssisəyə və onların rəhbərlərinə sanksiyalar tətbiq edib


ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısına Belarus Mərkəzi Seçki Komissiyasının yeddi üzvünü, MAZ və BelAZ müəssisələri və onların rəhbərlərini, eləcə də Aleksandr Lukaşenkonun “Boeing 737” təyyarəsini daxil edib. Bu barədə nazirliyin saytında bildirilib.

Sanksiyalar Belarus MSK üzvləri İqor Karpenko, Yelena Baldovskaya, Denis Duka, Yelena Kuntseviç, Aleksandr Tkaçov, Yekaterina Fedosenko və Aleksandr Yujikə qarşı tətbiq edilib.

MAZ və BelAZ müəssisələri, onların rəhbərləri Valeri İvankoviç və Sergey Nikifiroviç də məhdudiyyətlərə məruz qalıb.

ABŞ həmçinin Aleksandr Lukaşenkonun quyruq nömrəsi EW-001PA olan Boeing-737 təyyarəsinə də sanksiya tətbiq edib. ABŞ Maliyyə Nazirliyi iddia edir ki, Lukaşenko, onun ailə üzvləri və yaxınları bu təyyarədən şəxsi səyahət üçün istifadə edir.

"Avtoritar Lukaşenko rejimi Belarus xalqına qarşı repressiv addımlar həyata keçirməyə imkan verən gəlirlər əldə etmək üçün dövlət müəssisələrinə və yüksək səviyyəli məmurlara arxalanır. Biz Lukaşenko rejiminin demokratiyanı boğmasına və Putinin müharibəsinə verdiyi dəstəyə görə məsuliyyət daşımasına sadiq qalırıq,” ABŞ Maliyyə Nazirinin Terrorla Mübarizə və Maliyyə Kəşfiyyatı züzrə müavini Brayan Nelson deyib.

2022-ci ilin oktyabr ayının əvvəlində Aleksandr Lukaşenko hərbi təhlükəsizlik məsələlərinə həsr olunmuş iclasda Belarusun Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatında” iştirak etdiyini etiraf edib. Belarus hakimiyyəti Rusiya qoşunlarının keçidi və müvəqqəti yerləşdirilməsi üçün ölkə ərazisindən istifadəsini təmin edib və onun ərazisindən Ukraynaya zərbələr endirilib. ABŞ, Avropa İttifaqı və Britaniya Ukraynaya qarşı müharibədə iştirak və kütləvi repressiyalara görə Belarusa qarşı sanksiyalar tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG