Accessibility links

Co Bayden Kapitoli binasına hücumun birinci ildönümünün tarixi əhəmiyyətindən danışacaq


ABŞ Prezident Co Bayden cümə axşamı keçmiş prezident Donald Tramp tərəfdarlarının ABŞ-ın Kapitoli binasına hücumunun birinci ildönümünün tarixi əhəmiyyətindən danışmağa hazırlaşır.

Hücumun birinci ildönümü ilə bağlı müraciətini Bayden vitse-prezident Kamala Harrislə birlikdə Kapitolinin Heykəllər zalından edəcək.

“Prezident baş verənlər haqda bəzilərinin o vaxtdan bəri yaydığı yalanları və bunun qanunun aliliyinə, demokratik idarəetmə sistemimizə yaratdığı təhlükəni deyil, həqiqəti danışacaq. O, eyni zamanda yanvar qəhrəmanlarını, əsasən də konstitusiyanı, Kapitolini və orada olan insanların həyatını qorumaq üçün mübarizə aparan hüquq-mühafizə orqanlarının cəsur kişi və qadınlar olmaqla, həmin gün həlak olan qəhrəmanların xatirəsini anacaq. Demokratiyamız onların səyləri sayəsində kütlənin hücumuna tab gətirdi və prezident seçkilərində səs verən 150 milyondan çox insanın iradəsi son nəticədə Konqres tərəfindən qeydə alındı,” Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə axşamı brifinqdə jurnalistlərə bildirib.

Tramp tərəfdarları Konqres binasına qanunvericilərin orada 2020-ci ilin noyabrında keçirilən seçkilərin nəticələrini təsdiqləmək üçün toplaşdığı vaxt vəzifəsini yerinə yetirən çoxsaylı Kapitoli polisini üstələyərək, pəncərələri sındıraraq, tarixi binanı dağıdaraq, və qanunvericiləri təhlükəsizlik üçün qaçmağa məcbur edərək daxil olub.

Konqres üzvləri işlərini yalnız bir neçə saat sonra, federal hüquq-mühafizə orqanları və hərbçilər Kapitoliyə nəzarəti bərpa etmək üçün gəldikdən sonra başa çatdıra bilib və Baydenin seçkilərdə qələbəsini təsdiqləyib.

Biri Kapitoli polisi olmaqla, hücum zamanı dörd nəfər ölüb. Kütlə onlarla zabiti yaralayıb və hücumdan bir neçə ay sonra dörd zabit intihar edib.

Tramp cümə axşamı Floridada mətbuat konfransı keçirməyi planlaşdırmışdı, lakin çərşənbə axşamı bu tədbiri ləğv etdiyini bildirib. 2020-ci il seçkilərində həqiqətən qalib gəldiyinə dair tez-tez təkrarladığı saxta iddiasındakı açıqlamasında Tramp əvəzində yanvarın 15-də Arizona ştatında keçiriləcək mitinqdə “vacib mövzuları” müzakirə edəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG