Accessibility links

ABŞ-ın sağlamlıq üzrə altı məsləhətçisi COVID-lə mübarizəyə fərqli yanaşmağa çağırıb


COVID-19 pandemiyasından təxminən iki il keçəndən sonra ABŞ-ın sağlamlıq üzrə altı məsləhətçisi Prezident Co Baydeni bu xəstəliklə mübarizəyə fərqli yanaşmağa çağırıb.

Cümə axşamı məsləhətçilər Amerika Tibb Assosiasiyası Jurnalında amerikalıları virusu aradan qaldırmaq əvəzinə onunla yaşamağı öyrənməyə çağıran üç məqalə yazıb.

“Strateji plan olmadan endemik COVID-19-la "yeni şəraitdə normal yaşamaq" mümkün olmayacaq. ABŞ-da daha çox insan gərəksiz yerə xəstələnmə və ölüm halları yaşayacaq, sağlamlıq bərabərsizliyi genişlənəcək və iqtisadiyyatda trilyonlarla itki olacaq,” 2020-ci ildə Baydenin COVID-19 keçid məsləhət şurasında xidmət edən doktor Ezekel Emanuel, Maykl Osterholm və Selin Qounder məqalələrdən birində yazıb.

Keçmiş rəsmilər "müasir məlumat infrastrukturu" qurmağa və məktəblərdə tibb bacıları da daxil olmaqla, ictimai səhiyyə işçilərinin sayının artırılmasına çağırıb.

“Pandemiyadan iki il keçməsinə baxmayaraq, ABŞ COVID-19 peyvəndlərinin effektivliyini və davamlılığını, yoluxma sürətini qiymətləndirmək üçün hələ də İsrail və Britaniyadan gələn məlumatlara əsaslanır," onlar yazıb.

Alimlər daha ucuz və daha sürətli testlər əldə etməyə, həmçinin potensial epidemiyaların qarşısını almaq üçün hava və tullantı sularına daha çox nəzarət etməyə çağırıb.

Onlar eləcə də peyvənd mandatlarına və peyvəndlərin variantlara uyğun hazırlanmasına çağırıb. Pandemiyaya ilkin reaksiyanı "ciddi şəkildə qüsurlu" adlandıran alimlər ölkənin ictimai səhiyyə institutlarına inamın gücləndrilməsinin vacibliyini vurğulayıblar.

Rəsmilər yazırlar ki, "ömürlük fövqəladə vəziyyətdə" yaşamaqdansa, ictimaiyyət pik həddə çatmaları azaltmaqla virusla yaşamağı öyrənməlidir. Onlar davamlı və inkişaf edən virusla mübarizəyə "alışmağa" çağırıb.

ABŞ-da pandemiya ilə bağlı digər xəbərlərə gəldikdə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktik Mərkəzi (CDC) koronavirusun yüksək yoluxucu omikron variantı ilə mübarizədə bəzi yeniyetmələr üçün COVID-19-un gücləndirici dozasını genişləndirib. Bu addım agentlik infeksiyaların öhdəsindən gəlmək üçün mesajlaşma çaşqınlığı ilə bağlı tənqidlə üzləşdiyi zaman baş verdi.

Çərşənbə axşamı verdiyi açıqlamasında CDC direktoru, doktor Roşel Valenski 12 və daha yuxarı yaşda olan yeniyetmələri uyğun olduqları vaxt COVID-19-un gücləndirici dozalarını almağa çağırıb. Əvvəllər ABŞ-da gücləndirici dozalar 16 və daha yuxarı yaşdakı insanlar üçün təşviq edilirdi.

Pfizer-BioNTech peyvəndi ABŞ-da uşaqlar üçün yeganə seçimdir. CDC-nin hesablamalarına görə, 12-17 yaşlar arasındakı gənclərin yarısından çoxuna, 13,5 milyon insana Pfizer-in iki dozası vurulub. Gücləndirici dozalar 16-17 yaşlı gənclərə ilk dəfə dekabr ayında təqdim edilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG