Accessibility links

ABŞ prezidenti Fələstin xalqı üçün 100 milyon dollar humanitar yardım ayrıldığını bildirib


ABŞ prezidenti Co Bayden fələstinli əhali üçün 100 milyon dollar humanitar yardım ayrıldığını bildirib. O, yardımın həm Qəzza zolağı, həm də İordan çayının qərb sahilinə aid olduğunu deyib.

Bayden vurğulayıb ki, əgər verilən yardım HƏMAS militantları tərəfindən oğurlanarsa, bu, onların fələstinlilərin maraqlarını təmsil etmədiklərini sübut edəcək.

"Bu pul münaqişə nəticəsində didərgin düşmüş bir milyondan çox fələstinliyə, eləcə də Qəzza zolağında fövqəladə ehtiyaclara dəstək olacaq" – deyə, ABŞ prezidenti bildirib.

İsrail hakimiyyəti HƏMAS girovları azad edənə qədər öz ərazilərindən Qəzza zolağına humanitar yardım keçirilməsinə icazə verməyəcəyini bildirib. Lakin İsrail yardımların Misirdən keçməsinə mane olmayacaq.

Daha əvvəl bildirilmişdi ki, Bayden Konqresdən Ukrayna, İsrail və Tayvana təxminən 100 milyard dollar yardım istəməyi planlaşdırır. The New York Times qəzetinin yazdığına görə, İsrail ABŞ-dan 10 milyard dollar dəyərində təcili yardım göstərməyi xahiş edib.

Forum

XS
SM
MD
LG