Accessibility links

"Us" - Afro-amerikalıların perspektivindən çəkilmiş qorxu filmi


"Us" - Afro-amerikalıların perspektivindən çəkilmiş qorxu filmi
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Rejissor Cordan Pilin "Us" - “Biz” filmi 2017-ci ildə Oskar mükafatına layıq görülmüş “Get Out” - “Çıx” adlı qorxu filminin debütündən sonrakı növbəti filmidir. Tənqidçilər və geniş auditoriya afro-amerikalı rejissorların qorxu filmlərini sosial iqtisadi və irqi ədalətsizliyə dair metafor kimi qəbul edir.

Us” - “Biz” adlı yeni qorxu filmi şər obarzını daşıyan "öz içərimizdəki şeytandan" bəhs edir. Rejissor Cordan Pil filmdə “mən kölgəyəm” ideyasını araşdırır. “Bu, bir çox mədəniyyətdə, bir çox əsatirdə var, yəni biz olduğumuzdan da qaranlığıq və bundan qorxuduğumuz üçün bunu gizlətməyə çalışırıq. Yəni bu bizim günahlarımız və bizdəki şərdir.”

Rejissor Cordan Pil qorxu filmlərindən Amerikada artmaqda olan iqri və social-iqtisadi problemlərdən bəhs etmək üçnün istifadə edir. Onun bundan əvvəlki “Get Out” – “Çıx” qorxu filmi beyinlərini gənc qara insanlara köçürməklə ömürlərini uzatmaq istəyən zəngin yaşlı ağ insanlar haqqında idi.

Onun hazırkı “Us” filmi isə imtiyazlı amerikalıların "məhrum edilmiş öz şəxsiyyətləri" tərəfindən qisasının alınmasından bəhs edir. Filmdəki ana və həyat yoldaşı Adelaida Vilson, eləcə də onu təqib edən "öz şəxsiyyəti" olan Red rolunu Oskar mükafatı lautreatı, aktrisa Lupita Nyunqo oynayır. “Biz çox zaman şeytanın bizim özümüzdən xaricdə, evimizdən kənarda olduğunu düşünürük. Bu hekayədə isə şeytan bizim özümüzün içindədir və biz bunu ya qəbul etməli, ya da heç olmasa tanımalıyıq” - deyə, Lupita Nyunqo bildirir.

Qorxu filmləri üzrə ekspert Endryu Skeyhill Cordan Pilin “qara qorxu filmləri” erasına daxil olduğunu deyir. “Fikrimcə indi qorxu filmləri üçün ən həyəcanlı vaxtdır. Azlıqları təmsil edən kino yaradıcıları əvvəllər eksluüziv və hətta antoqonist bir janr olan bu janrda üstünlüyü ələ almağa başlayır."

Onun sözlərinə görə, hazırda onlar əsas qəhrəmanlardır və bu, belə də qalmalıdırlar. “Cordan Pilin bu filmdə baş rolda ağ aktyor çəkmək planı olmayıb, çünki film belə olmalı idi.”

Skeyhil deyir ki, içərimizdəki iblis konsepsiyası Cekill və Hayd, ya da Frankenşteyn kimi köhnə bir konsepsiyadır. Yəni Cordan Pilin qorxu filmlərində bu həyəcan afro-amerikalıların perspektivindən göstərilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG