Accessibility links

ABŞ-da inflyasiyaya rəğmən Qara Cümə günü onlayn satışlar 9 milyard dolları ötüb


Şənbə günü açıqlanan hesabatın nəticələri göstərir ki, ABŞ-da alıcılar Qara cümə günündə onlayn alış-verişdə rekord 9.12 milyon dollar pul xərcləyiblər. İstehlakçılar yüksək inflasiyaya məhəl qoymayaraq, smatfonlardan tutmuş oyuncaqlara qədər bir çox məhsula edilən endirimlərdən faydalanıblar.

Adobe Inc şirkətinin data və məlumat qolu olan Adobe Analytics bildirib ki, istehlakçıların endirimlərin oktybar ayında başlamasına rəğmən ənənəvi alış-veriş günlərindəki endirimləri gözləmələri səbəbilə Qara cümə günündə onlayn satışlar 2.3 faiz artıb.

Vebsaytlardakı tranzaksiyaları təhlil edərək onlayn ticarəti hesablayan Adobe Analytics Birləşmiş Ştatlarda top 100 onlayn satıcının satışlarının 85 faizinə çıxışı var.

Adobe Analytics Qara Cümə günündə satışların 1 faiz artacağını proqnozlaşdırmışdı.

Adobe Kiber Bazar Ertəsi gününün yenidən mövsümün ən böyük onlayn alış-veriş günü olacağını və satışların 11.2 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır.

Pandemiya səbəbilə son iki ildə mağazalarda alış-verişin azalmasından sonra bu il istehlakçıların yenidən mağazalara axın edəcəyi gözlənilsə də, Qara Cümə günü ölkənin bəzi hissələrində yağan yağış səbəbilə mağazalara gözləniləndən daha az insan gedib.

Amerikalılar bayram alış-verişini telefon vasitəsilə edib. Adobe-nin məlumatları Qara Cümə günündə onlayn alış-verişin 48 faizinin telonla həyata keçirildiyini göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG