Accessibility links

Blinken Makronla Ukraynada durumu müzakirə etmək üçün Parisə səfər edir


ABŞ Dövlət katibi Antoni Blinken Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə müntəzəm telefon əlaqəsi saxlayan Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparmaq üçün çərşənbə axşamı Parisə səfər edib.

Səfər ABŞ və Avropa ölkələrinin Ukraynada müharibəyə son qoymağa yönəlmiş diplomatik səylərində yeni mərhələ kimi qiymətləndirilir.

Bununla belə, Dövlət Katibi özü ilə heç bir yeni diplomatik təşəbbüs daşımadığını açıq şəkildə bildirib.

“Moskvaya dediklərimizdə heç bir dəyişiklik yoxdur. Rusiyaya və prezident Putinə mesajımız eyni olaraq qalır: müharibəni dayandırın və dərhal dayandırın" deyə Blinken səfərə yollanmamışdan əvvəl bildirib.

Bazar ertəsi ABŞ, Fransa, Almaniya və Böyük Britaniya liderləri Rusiyanın Ukraynada hərbi əməliyyatlarının genişlənməsi fonunda Rusiyaya qarşı sanksiyalar rejimini gücləndirmək barədə razılığa gəliblər.

ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın baş naziri Boris Conson videokonfrans zamanı Ukraynada vəziyyəti müzakirə ediblər.

Görüşdən sonra Ağ Evin yaydığı qısa bəyanatda deyilir ki, Qərb liderləri “Ukraynanın səbəbsiz və əsassız işğalı Rusiyaya bədəlini artırmaqda qərarlı olduqlarını bir daha təsdiqləyiblər”.

Bununla belə, bəyanatda Rusiya neftinin və digər enerji məhsullarının idxalına qadağa qoyulması ehtimalından bəhs edilmir.

Digər konkret sanksiyalar da qeyd edilməyib.

XS
SM
MD
LG