Accessibility links

ABŞ və Britaniya xalqının hüquqlarını pozduğuna görə İranı məsuliyyətə cəlb edəcəklərini bildirib


ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə
ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə

Birləşmiş Ştatlar və Britaniya çərşənbə axşamı İranın iranlı Britaniya vətəndaşını edam etməsini bir daha pisləyərək, xalqının hüquqlarını pozduğuna görə İranı məsuliyyətə cəlb edəcəklərini bəyan edib.

ABŞ dövlət katibi Antoni Blinken jurnalistlərə deyib ki, Əli Rza Əkbərinin keçən həftəki edamı İran hökuməti tərəfindən həyata keçirilən "həbslər, işgəncələr, məcburi etiraflar, ədalətsiz edamlar" kimi qaydalarına uyğun gəlir.

"Biz etirazlar başlayandan, son aylar İran küçələrində baş verənlərdən sonra - kütləvi həbslərə, saxta məhkəmələrə, edamlara, etirazların yatırılması üçün cinsi zorakılıqdan bir vasitə kimi istifadə edilməsindən olduğu kimi cənab Əkbərinin edamından da dəhşətə gəldik" - deyə, Blinken bildirib.

Çərşənbə axşamı Blinkenlə Vaşinqtonda görüşən Britaniyanın xarici işlər naziri Ceyms Kleverli həm Britaniya, həm də ABŞ "İranın terror və zülmdən azad yaşamaq haqqını tələb edən cəsur və ləyaqətli xalqının yanındadır" deyib.

Kleverli bildirib ki, Britaniya İranın baş prokuroruna, etirazçılara qarşı repressiyalarda iştirak edən İranın Əxlaq Polisi və məhkəmə sisteminin üzvləri də daxil olmaqla, Əkbərinin edamında iştirak edənlərə qarşı sanksiyalar tətbiq edib.

Onun sözlərinə görə, İran xalqı hökumətə ölkədəki mövcud sistemdən narazı olduğunu və hökumətin dəyişikliklər etməli olduğunu bildirir.

"Mənim verdiyim sadə mesaj ondan ibarətdir ki, onlar dəyişməlidir. Onlar bunu bizim xeyrimizə deyil, dediklərimizə və ya etdiklərimizə görə deyil, bunu öz xalqı tələb etdiyi üçün etməlidir" , Kleverli əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG