Accessibility links

ABŞ-ın müvəqqəti işlər vəkili Müsavat Patiyasının başqanı və Milli Şuranın funksioneri ilə görüşüb


ABŞ səfirinin yeni müavini Hüqo Gevara (Arxiv foto, mənbə ABŞ səfirliyi)
ABŞ səfirinin yeni müavini Hüqo Gevara (Arxiv foto, mənbə ABŞ səfirliyi)

Dekabrın 16-da ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Şuranın funksioneri Tofiq Yaqublu ilə ayrılıqda görüşüb.

Arif Hacılı Facebook səhifəsində yazıb ki, ABŞ səfirliyində keçirilən görüşdə Azərbaycanda ictimai-siyasi durum, Qarabağda çağdaş durum, ölkədə insan haqlarının vəziyyəti, siyasi məhbuslar və digər məsələlər barədə müzakirələr aparılıb.

“Amerika Azərbaycan münasibətləri, Müsavat Partiyasının ABŞ-ın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq”, o qeyd edib.

Tofiq Yaqublu isə Facebook səhifəsində yazıb ki, görüşdə ölkədə insan haqları, demokratiya, xüsusilə də sərbəst toplaşmaq azadlığının ləğv olunması, siyasi məhbuslar və yenicə qəbul edilmiş “Siyasi Partiyalar haqqında” qanunla bağlı ətraflı və səmərəli müzakirə aparılıb.

O bu cür görüşlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Hüqo Gevara dekabrın 15-də müxalifətdə olan AXCP və REAL partiyalarının liderləri ilə də görüşüb.

XS
SM
MD
LG