Accessibility links

ABŞ-ın Çindəki yeni səfiri iki ölkə arasında əməkdaşlığın genişləndiriləcəyinə söz verib


Səfir Loke prezident Barak Obama ilə
Səfir Loke prezident Barak Obama ilə

ABŞ-ın Çindəki yeni səfiri Qeri Loke ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə söz verərək, Çin və ABŞ arasında biznes, elm və təhsil sahələrində əməkdaşlığın dünyanın üzləşdiyi problemlərin çoxunun həllinə gətirib çıxara biləcəyini bildirib.

Səfir Loke bu açıqlamanı bu gün Pekində keçirdiyi ilk mətbuat konfransında verib. Rəsmi iqamətgahında ailə üzvləri ilə əhatə olunmuş Çin mənşəli Amerikalı diplomatı ikitərəfli əməkdaşlığln yaratdığı imkanların gerçəklşdirilməsi naminə işləyəcəyini bildirib. O, həmçinin Çində insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıqlara diqqət verməyə söz verib.

Prezident Barak Obamanın nominasiya etdiyi Lokenin Çinə səfir təyin edilməsi ABŞ Senatı tərəfindən keçən ay təsdiq edilmişdir.

XS
SM
MD
LG