Accessibility links

Dövlət katibi Klinton Çini Şimali Koreyanın qarşısını almağa çağırıb


Dövlət katibi Klinton Çini Şimali Koreyanın qarşısını almağa çağırıb
Dövlət katibi Klinton Çini Şimali Koreyanın qarşısını almağa çağırıb

ABŞ Dövlət katibi Hillari Klinton Çini Şimali Koreyanı təhrikçi addımlardan çəkindirməyə çağırıb. Xanım Klinton ABŞ və Şimali Koreya diplomatları arasında bu həftə danışıqlarda inkişaf əldə edilsə, Pxenyanın nüvə proqramına son qoyması üçün növbəti addımları Çinin Dövlət müşaviri Dai Binqqui ilə müzakirə edib. Dövlət katbi Klinton Çin rəsmisi ilə Asiyaya səfərinin sonuncu dayancağı olan Şünçzen şəhərində görüşüb. Dövlət Departamentinin rəsmisi danışıqları məhsuldar adlandırıb və deyib ki, Çin rəsmiləri Şimali Koreya ilə çox ciddi şəkildə danışacaqlarını aydın bildiriblər və onların sözlərindən Pekinin Şimali Koreyanın davranışından narazı olduğu haqda təsəvvür yaradır. Pekin yoxsul ölkə sayılan Şimali Koreyanın əsas müttəfiqi, habelə ölkənin başlıca ərzaq və yanacaq təchizatçısıdır. Şimali Koreya liderləri son ildə dəfələrlə Çinə səfərlər edib.

XS
SM
MD
LG