Accessibility links

ABŞ Çindən gələn səyahətçilər üçün yeni COVID qaydalarını nəzərdən keçirir


ABŞ rəsmilərinin çərşənbə axşamı bildirdiyinə görə, ABŞ hökuməti Pekindən "şəffaf məlumatların olmaması" ilə bağlı narahatlıqlarına görə, Çindən ABŞ-a gələn səyahətçilər üçün yeni COVID-19 tədbirləri tətbiq edə bilər.

Belə bir addım Yaponiya, Hindistan və Malayziyanın son 24 saat ərzində Çində infeksiyaların artdığını əsas gətirərək, oradan gələn səyahətçilərə qarşı qaydaları gücləndirdiyini elan etməsindən sonra atılıb.

Yaponiya Çindən olan səyahətçilər üçün mənfi COVID-19 testi tələb edəcəyini, Malayziya isə əlavə izləmə və nəzarət tədbirləri tətbiq edəcəyini bildirib.

"Beynəlxalq ictimaiyyətdə Çində COVID-19-un artması və şəffaf məlumatların olmaması, eləcə də Çin Xalq Respublikasından viral genomik ardıcıllıqla bağlı məlumatlar verməməsi ilə bağlı narahatlıqlar var" - deyə, rəsmilər bildirib.

Virusun 1,4 milyard əhalisi olan Çində böyük ölçüdə yayılması səbəbindən ölkənin bəzi xəstəxanaları və cənazə evləri dolub.

Rəsmi statistika bazar ertəsi yeddi gün ərzində COVID səbəbindən yalnız bir nəfərin ölümünü göstərib ki, bu, səhiyyə mütəxəssisləri və sakinlər arasında hökumətin məlumatlarına dair şübhələri artırıb. Rəqəmlər daha az əhalisi olan ölkələrin təcrübəsinə uyğun gəlmir.

Bazar ertəsi Çin 2020-ci ildən bəri böyük ölçüdə bağlanmış sərhədlərindəki məhdudiyyətləri yüngülləşdirmək üçün yanvarın 8-dən etibarən ölkəyə gələn səyahətçilərin karantinə salınması tələbini ləğv edəcəyini bildirib.

XS
SM
MD
LG