Accessibility links

ABŞ və Çin diplomatları artan gərginlik fonunda Münhendə görüşə hazırlaşır


ABŞ Dövlət katibi Antoni Bleinken şənbə günü Münhendə Çinin baş diplomatı Vanq Yi ilə görüşməyə hazılaşır. Bu görüş iki ölkə arasında artan gərginliyi azaltmaq cəhdi kimi qiymətləndirilir. Diplomatik bir mənbə adının anonim qalması şərtilə Amerikanın Səsinə bildirib ki, görüşün şənbə günü güc saatlarda keçiriləcəyi gözlənilir.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş ABŞ bu ayın əvvəlində Çinə məxsus casus hava şarını vurandan sonra iki baş diplomat arasında ilk üz-üzə görüşdür. Həmin insidentdən sonra Blinken Pekinə planlaşdırılan səfərini təxirə salmışdı.

Bundan əvvəl şənbə günü ABŞ-ın vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransında deyib ki, o, Pekin hökümətinin Rusiya Ukraynaya hərbi müdaxilə edəndən bəri Moskva ilə dərinləşən əlaqələrindən narahatdır. Harris əlavə edib ki, Çinin Ukraynada müharibə apardığı bir vaxt Rusiyaya dəstəyi qanunlara əsaslanan beynəlxalq nizama xələl gətirə bilər.

Bundan əlavə şənbə günü Vanq deyib ki, ABŞ-ın Çinin “hava gəmisini” vurması beynəlxalq təcrübənin açıq-aşkar pozuntusudur.

“Bu davranış ağlasığmazdır və isteriyaya yaxındır. Bu, 100 faiz gücdən sui-istifadədir,” Vanq Münhen Təhlükəsizlik Konfransında deyib. Vanq Yinin rəsmi titulu Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası Ofisinin direktorudur.

Blinken fevralın 3-də Vanq Yi ilə telefon danışığında deyib ki, Birləşmiş Ştatları üzərində uçan casus hava şarı “məsuliyyətsiz bir hərəkət və ABŞ suverenliyi və beynəlxalq qanunun açıq-aşkar pozulmasıdır və Blinken səfərinin məqsədinə xələl gətirdir.” Çin onun yoldan çıxan metereoloji hava şarı olduğunu bildirib və daha sonra ABŞ-ın 2022-ci ilin mayındna bəri Çin üzərində 10-dan çox hava şarı uçurduğunu iddia edib. ABŞ hər iki iddianı rədd edib.

ABŞ rəsmiləri deyir ki, Çin ordusunun ötən həftə hava şarı vurulandan sonra Pentaqondakı həmkarları ilə danışmaqdan imtina etməsi təhlükəli bir irəliləyişdir.

ABŞ-ın yüksək səviyyəli diplomatları deyib ki, xüsisilədə gərginlik anlarında gözlənilməz münaqişələrin qarşısını almaq üçün iki ölkə arasında kommunikasiya xəttlərinin açıq qalması kritikdir.

XS
SM
MD
LG