Accessibility links

ABŞ zooparklarında yaşayan nəhəng pandalar Çinə qaytarılacaq


ABŞ zooparklarında yaşayan nəhəng pandalar Çinə qaytarılacaq
please wait

No media source currently available

0:00 0:03:36 0:00

ABŞ zooparklarında yaşayan nəhəng pandalar Çinə qaytarılacaq

23 ildir Vaşinqtondakı Smithsonian Milli Zooparkında yaşayan nəhəng pandalar bu ilin sonuna kimi Çinə qayıdacaq. Amerikanın Səsinin müxbiri Veronika Balderas İqlesias onların ABŞ-a gətirilməsində atıaln diplomatik addımlar, siyasətin və yeni mühafizə strategiyalarının onların gələcəyinə necə təsir edə biləcəyindən danışır.

Sin-Sin və Lin-Lin ABŞ-a 1972-ci ildə gəlib. Çin tərəfindən nadir hədiyyə təkcə xoş niyyət deyil, həm də o zaman ABŞ prezidenti Riçard Nikson və birinci xanım Pat Niksonun Şərqi Asiya ölkəsinə tarixi dövlət səfərindən sonra həm də yumşaq gücün əlaməti idi. Georgetown Universitetindən Dennis Vilder: "Bu, Tibet və ya Sincanda insan haqları kimi məsələlərə görə Çin haqda sərt təəssüratlardan fərqli təəssüratın yaranmasına gətirib çıxardı."

1984-cü ildə nəhəng panda nəsli kəsilməkdə olan növ elan edildikdən sonra Pekin bu ayıları hədiyyə etmək əvəzinə onları müvəqqəti olaraq icarəyə verməyə başladı. Qiyməti 10 milyon dollara qədər olan on illik müqavilələr bağlandı. Dennis Vilder: "Onlar Çində pandaların qorunmasına yardım etmək üçün pandalar üçün ödəniş etmək qərara gəldilər. Zooparklar bu cür qiymətləri ödəməyə hazır idi, çünki dediyim kimi, onlar diqqəti çox cəlb edir".

Sonradan bir neçə dəfə yenilənən bu tədqiqat və yetişdirmə müqavilələrindən birinə əsasən, Mey Şian və Tyen Tyen panda cütüyü 2000-ci ilin dekabrında Vaşinqtondakı Smithsonians Milli Zooparkında yaşamağa başladı. Bunlar ABŞ-ı müvəqqəti məskəninə çevirən yeganə pandalar deyil. ABŞ-ın Pekindəki səfirliyinin keçmiş müşaviri Debra Seliqson: "Atlanta zooparkında bir cütümüz var idi. Memfis və San Dieqo pandaları artıq Çinə qayıdıb".

Vaşinqtonda yaşayan nəhəng pandaların və onların balalarının da bu ilin sonuna kimi Çinə qayıtması gözlənilir.

ABŞ və Çin arasında iqtisadi, siyasi və təhlükəsizliklə bağlı gərginliyin müqavilələrin uzadılmamasına səbəb ola biləcəyi ilə bağlı bəzi fərziyyələr mövcud idi. Dennis Vilder: "Düşünürəm ki, amerikalı alimlər bu məsələlərin bir çoxu ilə bağlı Çin alimləri ilə əlaqə saxlamağa hazırdırlar və onu siyasətdən kənarda saxlamaq istəyirlər. Lakin çox təəssüf ki, Çin sistemində elmi siyasətdən kənar tutmaq çətindir."

Çin rəsmiləri Amerikanın Səsinin bu məsələ ilə bağlı müraciətlərinə cavab verməyib.

Bəzi analitiklərin fikrincə ABŞ zooparklarındakı artım və digər mühafizə səylərinin uğuru da nəzərdən qaçırılmamalıdır. Zooparklar pandaların bu növlərinin statusunu "nəsli kəsilməkdə olan" kateqoriyadan "həssas" vəziyyətə qaldırmağa yardım edib. Lakin başqaları yeni strategiyanın vaxtının çatdığını deyir. Debra Seliqson: "Düşünürəm ki, ictimaiyyət indi əvvəlkindən daha çox başa düşür ki, zooparklar heyvanları mütləq vəhşi təbiət şəraitində saxlamaq üçün deyil, bu başqa bir məsələdir. Onların qidalanması və çoxalması, onların necə qorunması kimi məsələlərə baxmaq lazımdır".

Smithsonian Milli Zooparkı öz pandaları ilə vidalaşmaq üçün Vaşinqtonda bir neçə tədbir keçirməyi planlaşdırır.

Atlanta zooparkı da 2024-cü ildə dörd nəhəng pandanın Çinə qayıdacağını bildirib.

Forum

XS
SM
MD
LG