Accessibility links

ABŞ Çinin Ukraynaya sülh elçisi göndərməsinə ehtiyatla yanaşır


Cəmi bir neçə ay əvvəl Pekinə Rusiyanın Ukraynadakı müharibəsinə maddi dəstək verməməsi ilə bağlı açıq şəkildə xəbərdarlıq edən ABŞ rəsmiləri Çinin sülh danışıqlarında vasitəçilik rolunun ola biləcəyini etiraf edib.

Fevralın 24-də Çinin 12 bənddən ibarət sülh təklifini açıqladığı gün Blinken Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı Nazirlər Toplantısında çıxışı zamanı buna şübhə ilə yanaşıb.

Rusiyanın Ukraynanı işğal etməsindən bir il sonra ABŞ-ın baş diplomatı "Bu şuranın BMT Nizamnaməsinə zidd olaraq, Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən heç bir üzvü sülhə çağırmamalıdır" deyib.

Mayın 3-də isə Blinken Çinin sülh danışıqlarında "çox faydalı" rol oynaya biləcəyini açıq şəkildə etiraf edib.

Analitiklər və keçmiş amerikalı məmurlar Amerikanın Səsinə bildiriblər ki, ABŞ tonunu qismən Vaşinqtonun avropalı müttəfiqlərinin Çin prezidenti Si Cinpini Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibə haqqında düşüncəsinə təsir edə biləcək yeganə mümkün lider kimi görməsindən sonra dəyişib.

Çin o vaxt Ukraynaya sülh elçisi göndərəcəyini bildirsə də, bəziləri Pekinin neytral ola biləcəyinə şübhə ilə yanaşır.

Çinin Avrasiya məsələləri üzrə xüsusi elçisi Li Huinin atəşkəs və müharibəyə diplomatik həlli gətirmək üçün Ukraynaya və digər ölkələrə səfər edəcəyi gözlənilir.

Rus dilini mükəmməl bilən və 2009-2019-cu illərdə Pekinin Rusiyada keçmiş səfiri olan Li Putin tərəfindən "Dostluq" medalı ilə təltif edilən bir neçə adam arasındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG