Accessibility links

Prezident Obama:"General Petreas bütün dövrlərin ən gözəl sərkərdələrindən biridir"


Prezident Obama:"General Petreas bütün dövrlərin ən gözəl sərkərdələrindən biridir"
Prezident Obama:"General Petreas bütün dövrlərin ən gözəl sərkərdələrindən biridir"

ABŞ prezidenti Barak Obama Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə tanınmış hərbi lider, general Deyvid Petreasın namizədliyini irəli sürüb. General Petreas ABŞ-ın həm İraq, həm Əfqanıstanda silahlı qüvvələrinin komandanı olub.

58 yaşlı general Birləşmiş Ştatların Əfqanıstan, Pakistan, İraq və Yəmən də daxil olmaqla geniş regionda Mərkəzi Komandanlığının başçısı olduqdan sonra keçən il Əfqanıstanda ABŞ və NATO qüvvələrinin komandanlığını öz üzərinə götürmüşdür.

Bundan öncə general Petreas ABŞ-ın keçmiş prezidenti Corc Buş dövründə Birləşmiş Ştatlar və koalisiya qüvvələrinin İraqda komandanı olub. Iraq müharibəsində dönüşün yaranması və ölkənin dini zəmində münaqişəyə sürüklənməməsi general Petreasın sayəsində mümkün olmuşdu.

Dörd ulduzlu general ABŞ silahlı qüvvələri üçün Əfqanıstan strategiyasının əsasında duran üsyançılara qarşı mübarizə taktikasının yaradıcısıdır. Prezident Obama general Petreası ölkənin aparıcı strateqlərindən və bütün dövrlərin ən gözəl sərkərdələrindən biri adlandırıb.

XS
SM
MD
LG