Accessibility links

Ağ Ev: Ruhaninin qaldırdığı iddia dövlət sirlərinin açılmasına gətirib çıxara bilər


Ənvər əl-Avlaki
Ənvər əl-Avlaki

Ağ Ev federal hakimdən dövlət sirlərinin açılmasına yol verməmək üçün ABŞ-da anadan olmuş radikal ruhaninin adından açılan məhkəmə işinə xitam verməyə çağırıb. İddia ABŞ hökumətinin ruhani Ənvər əl-Avlakini qətlə yetirmək üçün hədəf almasının qarşısını almaq məqsədilə qaldırılıb. ABŞ rəsmiləri amerikalı ruhaninin hazırda Yəməndə əl-Qaidənin bir qanadına rəhbərlik etdiyinə inanır. Ədliyyə nazirliyi bildirir ki, məhkəmə işi Birləşmiş Ştatların təhlükəsizliyə dair olduqca həssas məlumatları açmaq məcburiyyəti qarşısında qoya bilər. Nazirliyin sözçüsü deyib ki, Avlaki ABŞ-ın hüquqi sistemindən keçmək istəyirsə, özünü təhvil verməlidir. Avlakinin 2009-cu ilin dekabrın 25-də ABŞ təyyarəsində bomba hücumu həyata keçirmək cəhdi və Texasda hərbi bazada 13 nəfərin qətlə yetirilməsində əli olduğu bildirilir. ABŞ-ın vətəndaş hüquqları qrupları məhkəmə işini ruhaninin atasının adından qaldıraraq, ABŞ hökumətini xarici ölkədə qətlə yetirmək üçün hansı vətəndaşların hədəf alına biləcəyi ilə bağlı məlumatları açmağa məcbur etmək isətyir. Amerika Vətəndaş Azadlıqları Birliyi və Konstitusiya Hüquqları Mərkəzi bildirir ki, qətlə yetirmək üçün kiminsə hədəf alınması konstitusiyaya ziddir.

XS
SM
MD
LG