Accessibility links

Ölüm hökmü çıxarılan 8 nəfərdən sonuncusu da edam edildi [Video]


Ölüm hökmü çıxarılan 8 nəfərdən sonuncusu da edam edildi
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Birləşmiş Ştatların cənub Arkanzas ştatında cümə axşamı sonuncu, dördüncü məhbus iynə vurulmaqla edam edilib. ABŞ Ali Məhkəməsinin apellyasiya şikayətini nəzərdən keçirdiyi vaxt ştat qubernatoru 38 yaşlı Kennet Villiamsın edamının icrasını müvəqqəti dayandırmışdı. Cümə axşamı isə məhkəmə edamın icra ediləcəyini bildirib.

Edam edilənlərdən Cak Cons (s) və Marsel Villiams
Edam edilənlərdən Cak Cons (s) və Marsel Villiams

Arkanzas ştatı ölüm hökmü çıxarılan 8 nəfərin aprelin axırına qədər edamına qərar verib. Çünki edamda istifadə edilən Midazolam preparatının istifadə vaxtı başa çatırdı.

Lakin Arkanzas ölüm cəzasına qarşı olanlar və Midazolamın edamı üçün nəzərdə tutulmadığını deyən əczaçılıq şirkətlərinin etirazları ilə üzləşib. Cinayətlərin qurbanlarının qohumları isə hökmün icrasını uzun zamandır gözlədiklərini deyib.

Brus Vord və Don Villiam Devis
Brus Vord və Don Villiam Devis

Kennet Villiams dörd nəfəri qətlə yetirdiyinə görə həbs edilmişdi, lakin ona ölüm cəzası bir nəfəri, 1999-cü ildə Cicil Boreni qətlə yetirdiyinə görə verilmişdi. Borenin həyat yoldaşı Cin ərinin öz evinin bağçasında öldürüldüyünü deyir. “Mənim həyat yoldaşımın yaxınlıqda kiminsə olduğundan xəbəri belə yox idi. O, ayaqqabısını və corablarını çıxarmaq üçün evə girən zaman, qapıda güllələndi. Güllənin biri sinəsinə, altısı isə kürəyinə dəydi.”

Ailə üzvləri ədalətin yerini tapmasını uzun illər gözlədiklərini deyir. “Bizim ədliyyə sistemimiz insanın edam edilməli olduğu barədə qərar çıxarırsa, bu yerinə yetirilməlidir” deyə, Villiamsın qızı Judi bildirir.

Arkanzas rəsmiləri 8 nəfərin edamına bu ayın axırında öldürücü Midazolam preparatının istifadəsinin sona çatmasına qədər icra edilməsinə qərar verib. Lakin ölüm cəzasına qarşı olanlar məhkəmələrə müraciət edərək, bunun qarşısını almağa çağırıb. Bunun nəticəsi olaraq 4 nəfərin edamı dayandırılıb.

Bazar ertəsi edam edilən məhbuslardan birinin vəkili edam hökmünü bir müddət uzatmağa nail olmuşdu. Bu müddət ərzində hakim birinci edamın necə olacağını nəzərdən keçirirdi.

Edama şahidlik edən media işçisi Kelli Kaysel bunları deyir: “Onun üzündə bir anlıq bir ifadə gördük. Saat 10:25 idi, bundan sonra onun nəfəsi dayandı. Onun üzündəki ifadə ağrı demək deyildi.”

Arkanzas ştatının baş prokuroru Lesli Rotlic edam hökmü çıxarılan şəxslərin insanları qətlə yetirməzdən əvvəl işgəncə vermələri və zorlamaları da daxil edilməklə, ağır cinayətlər törətdiklərini deyir. “Qurbanların ailələri ədalətin yerini alması üçün 10 illərdir gözləyib.”

Edam cəzası 19 ştatda qadağan olunsa da, 31-də leqaldır.

Son rəy sorğuları amerikalıların yarıdan çoxunun edam cəzasını dəstəklədiyini göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG