Accessibility links

ABŞ liderləri ölkənin borc limitinin atırılması məsələsində hələ də razılığa gələ bilmir


ABŞ liderləri ölkənin borc limitinin atırılması məsələsində hələ də razılığa gələ bilmir
ABŞ liderləri ölkənin borc limitinin atırılması məsələsində hələ də razılığa gələ bilmir

ABŞ-ın siyasi liderləri ölkənin borc limitinin artırılması və hökumət xərclərinin ixtisar edilməsinə dair danışıqlarda razılığa gələ bilmir. Rəqib respublikaçı və demokratların ABŞ-ın 14,3 trilyon dollarlıq borc limitinin artırılması və ölkənin illik büdcəsinə nəzarətə dair təqdim etdiyi planlarda bir sıra eyni maddələrin olmasına baxmayaraq, hələlik məsələ ilə bağlı razılıq əldə edilməyib. Ağ Ev və Konqres liderləri razılıq əldə edilməsi üçün bu gün danışıqları davam etdirir. Bu arada, respublikaçıların liderlik etdiyi Nümayəndələr Palatasında demokratların lideri Herri Ridin təklif etdiyi planını səs qoyub qəbul etməyəcəyi gözlənilir. Öz növbəsində Rid öz təklifini bazar günü Senatda səs qoymağı planlaşdırır. Bu, səsvermə üçün qeyri-adi bir vaxt olsa da, lakin rəqib siyasi partiyaların ABŞ taarixində ilk dəfə baş verə biləcək defoltın qarşını almağa çalışdığı bir zaman labüd görünür.

XS
SM
MD
LG