Accessibility links

ABŞ Müdafiə Naziri İraqa elan olunmamış səfər edib


ABŞ Müdafiə Naziri Lloyd Austin çərşənbə axşamı İraqa elan edilməmiş səfəri zamanı ölkədə fəaliyyət göstərən ABŞ qüvvələrinin diqqəti İraq qüvvələrini dəstəkləməyə və İslam Dövləti qrupunu məğlub etməyə yönəldiyini deyərək, eyni zamanda bu missiyanı yerinə yetirmək üçün təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.

"İŞİD-ə qarşı müdafiə sahəsində əməkdaşlığımız ikitərəfli əlaqələrimizin əsas sütunudur və Birləşmiş Ştatlar İraqın təhlükəsizliyini və bütün regionun təhlükəsizliyini dəstəkləmək üçün bu mübarizəyə sadiq qalır" – deyə, Austin İraqın baş naziri Məhəmməd Şia Əl- Sudani ilə görüşdən sonra jurnalistlərə deyib.

Austin İraqda fəaliyyət göstərən koalisiya qüvvələrinin "dövlət və qeyri-dövlət subyektlərindın" qorunmasını təmin etmək öhdəliyinə görə İraq liderlərinə təşəkkür edib.

ABŞ qüvvələri və ABŞ-ın Bağdaddakı səfirliyi İranın dəstəklədiyi silahlı birləşmələrin raket atəşinin hədəfi olub.

ABŞ-ın İraqda 2500-ə yaxın əsgəri var və hərbi qüvvələrin missiyası İraq əsgərlərinə İslam Dövləti qrupuna qarşı mübarizədə məsləhət və köməklik göstərməkdən ibarətdir.

Austin İraq vətəndaşlarını Suriyanın şimal-şərqindəki həbsxanalardan və köçkün düşərgələrindən geri qaytardığına görə İraqı tərifləyib və bütün ölkələri öz vətəndaşları ilə eyni şeyi etməyə təşviq edib.

ABŞ Dövlət Departamenti keçən ay Əl-Hol və Roj köçkün düşərgələrində 10 minə yaxın insanın olduğunu bildirib.

Austinin səfəri keçən həftə BMT-nin baş katibi Antonio Quterreşin "İraq xalqı ilə dərin həmrəylik və İraqın sülh və firavanlıq və güclü demokratik təsisatlarla gələcəyinə ümid etdiyini" bildirərək ölkəyə səfərindən sonraya təsadüf edir.

XS
SM
MD
LG