Accessibility links

ABŞ Müdafiə Naziri: Rusiya və Çin nüvə arsenalını “genişləndirir”


ABŞ-ın müdafiə naziri Llloyd Austin.
ABŞ-ın müdafiə naziri Llloyd Austin.

Moskva ilə Ukrayna, Pekin ilə isə Tayvan səbəbilə gəringliklərin artdığı bir vaxt, ABŞ-ın müdafiə naziri Lloyd Austin cümə günü xəbərdarlıq edib ki, Rusiya və Çin nüvə silahları arsenallarını “müasirləşdirir və genişləndirirlər.”

Amerikanın nüvə silahı arsenalına rəhbərlik edən hərbi komandanlıq olan ABŞ-ın Strateji Komandanlığının baş qərargahında çıxış edən Austin deyib ki, Birləşmiş Ştatlar iki böyük nüvə dövlətinin “strateji rəqiblər” olduğu “yeni mərhələnin astanasındadır.”

ABŞ-ın müdafiə naziri Rusiya Prezidenti Vladimir Putini fevral ayında Ukraynaya hərbi müdaxiləyə başlayandan bəri “dərindən məsuliyyətsiz nüvə gücündən istifadə etmək təhdidləri” etdiyinə görə tənqid edib.

“Nüvə güclərinin təhrikedici davranışlardan qaçmaq, yayılma riskini azaltmaq, eskalasiya və nüvə müharibəsinin qarşısını almaq üçün dərin məsuliyyətləri var,” o deyib.

Putin cümə axşamı deyib ki,“nüvə müharibəsi riski artır”.

O həmçinin bildirib ki, əgər Rusiya nüvə silahlarından ilk istifadə etməsə, özünü nüvə hücumu təhlükəsinə açıq buraxacaq.

“Rusiyanın heç bir halda birinci zərbəni endirməyəcəyinə gəlincə, əgər [Rusiya] heç bir halda birinci zərbəni endirməsə, ikincini də etməyəcək, çünki bizim ərazimizə nüvə zərbəsi endiriləcəyi təqdirdə bunu etmək imkanları çox məhduddur,” o deyib.

Strateji Komandanlığının nümayəndəsi Putinin şərhlərinə cavab olaraq deyib ki, “Bunu ciddi qəbul etməməyin riskləri çox yüksəkdir”.”

Rusiya dünyada ən böyük nüvə başlıqları ehtiyatına malikdir. İkinci yerdə isə 3800 aktiv döyüş başlığı olan ABŞ gəlir.

ABŞ ilə Rusiya arasında nüvə arsenalını azaltmaq məqsədi daşıyan yeni START müqaviləsi ilə bağlı danışıqlar Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edəndən bəri dayandırılıb.

Ötən ay Pentaqonun yaydığı hesabatda Çinin, iki ildə nüvə arsenalının iki qat artıraraq, artıq 400-dən çox nüvə başlığının olduğu barədə xəbərdarlıq olunmuşdu.

Pentaqonun Konqresə təqdim etdiyi illik“Çinin Hərbi Gücü” adlı Çinin nüvə arsenalının genişlənməsinin sürəti Pekinə 2035-ci ilədək təxminən 1500 döyüş başlığı ehtiyatı saxlamağa imkan verə bilər.

Bazar ertəsi Senat və Nümayəndələr Palatasının Silahlı Xidmət Komitələrinin yüksək səviyyəli respublikaçı üzvləri ABŞ Strateji Komandanlığının yaxında vəzifədən gedəcək rəhbəri Admiral Çarls “Ças” Riçarda məktub ünvanlayaraq, ordunun 2022-ci büdcə ili üçün Milli Müdafiə Səlahiyyəti Aktındakı müddəaya əsasən Konqresə bu yaxınlarda göndərdiyi qərarın gizliliyini aradan qaldırmağa çağırıblar.

Defense News-un bildirdiyinə görə, həmin müddəa ordunun Çin daha çox qitələrarası balistik raketi, daha çox qitələrarası balistik raket atan qurğuları hazır vəziyyətə gətirdiyində və ya qitələrarası balistik raketlərində ABŞ-dan daha çox nüvə başlığı yerləşdirdiyində Konqresə xəbər verməsini tələb edir.

Strateji Komandanlığın bir başqa nümayəndəsi müxbirlərə bildirib ki, senator İnhof-un bu tələbə cavabı “hazırlanır” və bu gün göndərilə bilər.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG