Accessibility links

ABŞ-dan Venesuelanın gələcək həkimlərinə tədris


ABŞ-dan Venesuelanın gələcək həkimlərinə tədris
please wait

No media source currently available

0:00 0:03:00 0:00

ABŞ həkimləri Venesuela həkimlərinə yardım edir. Doktor Qabriela Blohm Florida ştatının Geynsvil şəhərindəndir. Doktor Alberto Paniz-Mondolfi isə 2 min kilomertlik məsafədə yerləşən Barquisimetodadır. Həkimlər komandası bu gün və gələcəkdə həyatların xilası naminə çalışır.

Florida universitetinin laboratoriyasında Venesuela həkimlərinə ölkələrində xəstəliklərə nəzarət edilməsinə yardım göstərilir. Venesuela rəsmilərinin məlumat bazasını yasaqlamasından sonra həkimlər çıxılmaz vəziyyətə düşüb.

Səhiyyə böhranı ölkədəki siyasi və iqtisadi duruma görə resurs və dərman qıtlığına səbəb olaraq, daha da dərinləşib.

"İctimai səhiyyə maliyyələşməsə burada yaxşı heç nə ola bilməz. Nəticələr açınacaqlı, xəstəliklər isə yayılmaqdadır" - deyə, doktor Con Ledniski bildirib.

Xəstəliklər yayılır, həkimlər isə laboratoriya testləri keçirə bilmir. Doktor Qabriela Blohm və Alberto Paniz-Mondolfi "Venesuela Elm İnkubatoru" adlanan proqramla epidemioloji araşdırmalar apararaq, tələbələri maarifləndirir.

"Biz xəstələrdən nümunələr götürməklə, zika simptomlarını araşdırırıq. Bu laboratoriyada onların mövcud olub-olmadığını müəyyən edirik" , doktor Qabriela Blohm deyib.

Floroda universitetinin aradırmaları Venesuelada bu virusun yayıldığını müəyyən edib. Alimlər deyir ki, rəsmilər həkimləri insanlar arasında vahimə yaymaqda günahlandıraraq, sınaqlar yasaqlayıb.

Doktor Qabriela Blohm və Alberto Paniz-Mondolfi alimlərin gənc nəslinə yardım edir.

"Tələbələrə təlimlər xəstəliklərin müəyyən edilməsi üçün həyati əhəmiyyət kəsb edir. Bu, həm də diaqnozların tez bir zamanda aşkar edilməsini mümkün edir" , doktor Qabriela Blohm deyib.

Tələbələr həkimlərlə WhatsApp və Skype vasitəsi ilə əlaqə saxlayır. Kompüterlərlə onlara laboratoriyalarda sınaq keçirilməsi öyrədilir.

"O, virologiya sahəsində, xüsusilə zika, dange, sarı qızdırma kimi arboviruslar sahəsində bir körpü kimi xidmət edir" , tələbə Luis Alfredo Perez Qasiya bildirib.

Elektronik dərslər təchizatları olmayan venesuelalı tələbələrə böyük yardım deməkdir.

"Tələbələrdən hansısa Qabrielanın laboratoriyasına gəlsə, əlcək taxıb tez bir zamanda pipetləri əlinə alacaq" - deyə, doktor Alberto Paniz-Mondolfi deyib.

Həkimlər və tələbələr nə zamansa Venesuelada tam təchizatla laboratoriyalar yaradılacağına ümid edir. Eyni zamanda texnolgiyalara çıxış əldə ediləcəyi də düşünülür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG