Accessibility links

ABŞ prezidenti Ağ Evdə biznes forum keçiriləcəyini deyib


ABŞ prezidenti Ağ Evdə biznes forum keçiriləcəyini deyib
ABŞ prezidenti Ağ Evdə biznes forum keçiriləcəyini deyib

ABŞ prezidenti Barak Obama biznes liderlərini xarici ölkələrdə deyil Amerikanın özündə iş yerlərinin yaradılmasına çağıracaq.

Həftəlik müraciətində cənab Obama gələn həftə çərşənbə günü Ağ Evdə iqtisadi forum keçiriləcəyini bildirib. O, ABŞ-da yeni iş yerlərinin yaradılması işində nümunə ola biləcək biznes liderləri ilə görüşəcəyini deyib.

ABŞ prezidenti digər biznes rəhbərlərinin də bu yolla gedəcəyinə ümid bəsləyir. Cənab Obama ölkəni irəli aparmaq üçün əlindən gələni edəcəyini deyərək bildirib ki, bu, onun yeni ildə qarşısına qoyduğu əsas məqsədlərdən biridir.

Respublikaçı namizədlər Obama administrasiyasını ABŞ iqtisadiyyatını tənəzzüldən çıxarmaq üçün kifayət qədər iş görmədiyinə görə tənqid edir.

XS
SM
MD
LG