Accessibility links

Prezident Obama dünya müsəlmanlarına Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb


Prezident Obama dünya müsəlmanlarına Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb
Prezident Obama dünya müsəlmanlarına Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb

ABŞ prezidenti deyib ki, bu il bayram dini tolerantlığın əhəmiyyətini bir daha vurğulayır

ABŞ prezidenti Barak Obama dünya müsəlmanlarına Ramazan ayının bitməsi münasibətilə bayram təbriklərini çatdırıb. Bu gün açıqlanan bəyanatda prezident Obama deyib ki, bu il Ramazan bayramı dini tolerantlığın əhəmiyyətinin vurğulanması üçün vacib bir zaman qeyd edilir. Bu il bayram ABŞ-da Nyu Yorkda bir zamanlar Dünya Ticarət Mərkəzinin qoşa binasının dayandığı yerdə islam mərkəzi və məscidin inşası planları ətrafında mübahisələr, başqa tərəfdən isə Florida ştatında kiçik bir kilsənin pastorunun 2001-ci il sentyabrın 11-də ABŞ-a terror hücumlarının ildönümü münasibətilə Quranın nüsxələrini yandırması ilə bağlı qalmaqalın yarandığı bir vaxt qeyd edilir. İran körfəzin regionunda yerləşən ərəb dövlətlərinin böyük hissəsi Ramazan bayramını cümə günü qeyd edir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və başqa ərəb ölkələri bildirir ki, təzə ay çərşənbə axşamı gecə düşəndən sonra çıxmadığı üçün müqəddəs ayın bitməsi də daha bir gün çəkir.

XS
SM
MD
LG