Accessibility links

Hillari Klintonun məğlubiyyəti [Video]


Hillari Klintonun məğlubiyyəti
please wait

No media source currently available

0:00 0:01:49 0:00

Hillari Klintonun məğlubiyyəti

ABŞ-da prezidentliyə demokrat namizəd Hillari Klinton ilk qadın prezident olmaq şanslarını böyük məyusluqla əldən vərərək milyarder bisnes Donald Trampa məğlub oldu. Noyabrın 8-i seçkilərindən öncə bütün sorğularda öndə olan Hillari Klintonun tərəfdarlarının toplaşdığı Javits Mərkəzində əhval-ruhiyyə nəticələrin açıqlanması ilə 180 dərəcə dəyişdi. Kütləyə məyusluq çökdü və tərəfdarların çoxu hələ də bu məğlubiyyəti qəbul edə bilmir.

Klinton tərəfdarları nə qədər ucadan "O, udacaq, o, udacaq! " bağırsa da, bu baş vermədi. Əvəzində şok və Hillari Klintonun gözlənilməz məğlubiyyəti...


Debra Oblenes: "İndi həya fərqli olmağa başlayacaq".

Saatlarını, hətta illərini Klintona sərf etmiş könüllülər sükut içərisindədir. Seçki öncəsi sorğuların çoxu ABŞ-da ilk qadın prezidentin seçiləcəyinə işarə etsə də, sonda nəticəni seçicilər müəyyən etdi.

Mett Deçou: "Bu göstərir ki, təhsilli və təhsilsiz ağdərililər, eləcə də azlıqlar arasında ciddi bölünmə var".

Bir müddət onlar məyus şəkildə təsəlli axtarırdı. Sonra isə onlar liderlərinin onlara ümid verəcəyini səbrsizliklə gözlədi. Ancaq Hillari Klinton səhnəyə çıxmadı. Kampaniya meneceri Con Podesta: "Bir çox ştatda nəticələr çox yaxındır, ona görə də, bu gün deyəcək əlavə sözümüz yoxdur".

Ancaq həmin an Trump artıq 270 səsi əldə etməyə yaxınlaşmışdı ki, bu da Klintonun qələbəsi qeyri-mümkün edirdi.

Şimali Karolinadan Kley de Sousa: "Fikrimcə, o, bunu qəbul etmək istəmir və bu riyakarlıqdır, çünki Klinton deyirdi ki, o qələbə qazanacağı təqdirdə Tramp bunu qəbul etməyəcək."

Floridadan Keyvin Motteus: "Düşünürəm, onun buraya toplaşan və uzun müddətin ona çalışan insanlara bunu etmək borcu var".

Sonda xanım Klinton Donald Trampa zəng edərək onu qələbə münasibətilə təbrik etdi.

XS
SM
MD
LG