Accessibility links

Prezident Obamanın yenidən seçilməsində qadın seçicilərin böyük rolu olub


Respublikaçıların qadın məsələləri ilə bağlı açıqlamaları qadın seçicilər arasında narazılıqla qarşılanıb

Keçən həftə ABŞ prezident seçkisində Amerika qadınlarının 55 faizi prezident Obamaya səs verərək, onun yenidən seçilməsində həlledici səsə malik gənclər və etnik azlıqları təmsil edən seçicilərlə bir blokda oldu. Qadınların çoxu Mitt Romninin mənsub olduğu Respublikaçılar partiyasının siyasətindən razı deyildi.

Vaşinqton yaxınlığında yaşayan hüquqşünas Elizabet Kinqsbüri son seçkidə prezident Barak Obamaya səs verib. Bunun səbəblərini izah edərək, o, Respublikaçılar partiyasının qadın məsələlərinə münasibətini qeyd edir: “Bütün seçki prosesi boyu Respublikaçılar partiyası sanki mənim on illərdir bütünlüklə özümü həsr etdiyim qadın hüquqları məsələlərindən yayınmağa çalışırdı.”

Seçki kampaniyası zamanı Respublikaçılar partiyasının Konqresə seçkilərdə iki namizədi-Tom Akin və Riçard Mürdokun zorlama ilə bağlı açıqlamaları qadınlar tərəfindən qeyri-həssas mövqe kimi qiymətləndirilmişdi. Hər iki namizəd Demokrat partiyasından opponentinə məğlub olmuşdur.Elizabet Kinqbüri bu açıqlamaların onda şok doğurduğunu deyir:“Lakin eyni zamanda, bu, o qədər də təəccüblü deyildi, çünki mənim fikrimcə, Respublikaçılar partiyasında bir çoxları bu fikri bölüşür.”

Elizabet Kinqbüri deyir ki, Mitt Romni debatlar zamanı qadın seçicilərə müraciət edərkən də münasib ifadələr seçməmişdir:“Mənə elə gəlir ki, bu, onun qadınların cəmiyyətdə gördüyü və görə biləcəyi işlər haqda məhdud informasiyaya malik olduğunun göstəricisi idi.”

Bununla belə, Respublikaçılar partiyasının liderləri əsas diqqətin ölkənin zəif iqtisadiyyatına yönəldiyini, yeni iş yerləri və maliyyə təhlükəsizliyi məsələlərinin qadınlar üçün ən mühüm məsələlər olduğunu deyirlər. Mitt Romni: “Nə üçün prezident hakmiyyətə gəldiyi vaxtla müqayisədə bu gün yoxuslluq həddində yaşayan qadınların sayı 3,6 milyon daha çoxdur? Prezident Amerika qadınlarının gözləntilərini doğrulda bilməyibmi?”

Evli qadınların 53 faizinin Mitt Romniyə səs verməsinə baxmayaraq, həm tək, həm də evli qadınların böyük hissəsi cənab Obamaya səs vermişdir.

Seçkilərdə qadın namizədlər də yaxşı nəticələr əldə edib. Senata 20 qadın seçilib, bu yerlərin üçdə biri deməkdir. Lakin Massaçusets ştatından seçilmiş demokrat Elizabet Uorren qadınların sayının daha çox olmasını arzulayır: “Gəlin ciddi danışaq, 2012-ci ildə Birləşmiş Ştatlar Senatına 20 qadın seçilib. Bu, o qədər də böyük rəqəm deyil.”

Elizabet Kinqbüri kimi bir çox qadın da razıdır ki, ölkədə qadın məsələlərinin həlli üçün hələ çox iş görülməlidir.


ABŞ seçkilərində qadınların rolu
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG