Accessibility links

ABŞ-ın Bağdaddakı səfirliyi raket hücumuna məruz qalıb


ABŞ-ın Bağdaddakı səfirliyi cümə günü səhər raket hücumuna məruz qalıb. Hücum nəticəsində binaya cüzi maddi ziyan dəysə də, itki olmayıb. Bu barədə ABŞ və İraq rəsmiləri məlumat verib.

Bu, İsrail və HƏMAS arasında müharibə başlayandan bəri Bağdadda hökumət binaları və səfirliklərin yerləşdiyi güclü mühafizə olunan Yaşıl Zonadakı ABŞ səfirliyinə ilk təsdiqlənmiş hücumdur.

Hücumun məsiliyyətini üzərinə götürən olmayıb.

Bununla belə, İraqda İranın dəstəklədiyi militantlar iki ay əvvəl İsrail və HƏMAS arasında müharibə başlayandan bəri İraq və Suriyada ABŞ hərbçilərinin yerləşdiyi bazaları hədəf alan onlarla hücumun məsuliyyətini öz üzərinə götürüb.

ABŞ ordusunun bildirdiyinə görə, son həftələr ABŞ hədəflərinə qarşı 78 hücum olub, onlardan 37-si İraqda, 41-i isə Suriyada həyata keçirilib.

İraqın təhlükəsizlik rəsmisi cümə günü 14 ədəd "Katyuşa" raketinin atıldığını, bəzilərınin səfirliyin girişlərindən birinin yaxınlığına, qalanlarının isə çaya düşdüyünü bildirib. Rəsmi deyib ki, raket hücumu maddi ziyana səbəb olub, lakin itki olmayıb.

Səfirliyin sözçüsü bildirib ki, Amerika səfirliyi təxminən səhər saat 4:15-də radələrində iki raket zərbəsinin hücumuna məruz qalıb.

Rəsmilər anonimlik şərti ilə danışıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG