Accessibility links

ABŞ-ın Azərbaycandakı səfirliyi yeni elektrik avtomobili təqdim edib


ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda diplomatik nömrəli yeni elektrik avtomobilini təqdim edib.

“Diplomatik nömrəli yeni elektrik avtomobili artıq Bakının küçələrində görmək olacaq”

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Məlumatda deyilir ki, səfirliyin avtomobil parkına məxsus olan bu maşın səfirliyin ətraf mühiti qoruyan təşəbbüslərə dəstəyə sadiq olduğunun nümunəsidir.

Səfir Müavini Maykl Dikkerson yeni avtomobili Azərbaycanın tanınmış müğənnisi Eldar Qasımov ilə birgə “carpool karaoke” üslubunda çəkilmiş video çarxda təqdim edib.

“Bu maşının gündəlik və səmərəli istifadəsi sayəsində biz yanacağa sərfiyyat edərək, karbon qazının ətraf mühitə tullanmasının qarşısını almağa nail olacağıq,” deyə məlumatda deyilir

Nazirlik xatırladır ki, elektrik maşınların istifadəsinə keçid almaq qərarı Prezident Baydenin 2030-cu il üçün ABŞ-ın atmosferə istixana qazlarının tullantılarının miqdarını yarıya endirmək öhdəliyinə uğun həyata keçirilir.

“Prezident Bayden həmçinin bəyan etmişdir ki, Amerika ətraf mühitə zərərsiz avtomobillərin istifadəsində lider rolunu oynayacaq. O, 2030-cu il üçün elektrik avtomobillərin ümumi satışların 50 faizini təşkil etməsi kimi ambisiyalı məqsədi bəyan edib. Dünyanın vətəndaşları olaraq biz hamımız sözügedən səylərlə; avtomobillərin istifadəsini azaldmaq, velosipedlərdən istifadə etmək, gəzmək və təbii ki elektrik avtomobillərdən istifadə etməklə dəstək verə bilərik "deyə məlumatda qeyd edilib.

XS
SM
MD
LG