Accessibility links

ABŞ xarici ölkə səfirliklərində təhlükəsizliyi gücləndirir


ABŞ diplomatik missiyalarının təhlükəsizliyi
please wait

No media source currently available

0:00 0:03:36 0:00
Keçən il ABŞ-ın Benqazidə konsulluğuna hücumundan sonra dünya ölkələrində Amerikanın diplomatik missiyalarının mühafizəsi gücləndirilib. Lakin bəzi diplomatlar təhlükəsizliyin gücləndirilməsilə bağlı yeni şərtlərin onların işinə təsir edərə biləcəyinə dair fikir söyləyir.

ABŞ-da Məhəmməd Peyğəmbər haqda istehsal edilmiş filmə etiraz edən nümayişçilər keçən il sentyabrın 11-də Misirdəki Amerika səfirliyinə hücum etmişdi.

Bundan sonra ABŞ-ın Yaxın Şərq ölkələrində digər missiyaları, o cümlədən Yəməndə Sanaadakı Amerika səfirliyinə hücum Birləşmiş Ştatların dünya ölkələrində diplomatik nümayəndəliklərdə təhlükəsizliyi gücləndirməsilə nəticələnmişdi.

Liviyada Əl-Qaidə yaraqlılarının ABŞ-ın Benqazidəki konsulluğuna hücumu zamanı səfir də daxil olmaqla dörd Amerika diplomatı qətlə yetirilmişdi.

Birləşmiş Ştatların keçmiş Dövlət katibi Hillari Klinton keçən ay ABŞ Senatında dinləmələr zamanı bu insidentlərdən sonra bir sıra təcili addımların atıldığını deyib: “Mən Müdafiə nazirliyindən departamentdə təhlükəsizliyin qiymətləndirilməsi ilə məşğul olan qrupa qoşulub yüzlərlə dəniz piyadası yerləşdirilməsini istədim. Mən təhlükə ilə qarşılaşa biləcək missiyalara lazımi diqqətin verilməsi üçün yüksək riskli yerlər üzrə xüsusi müavin təyin etdim.”

Hillari Klinton ABŞ-ın dünya ölkələrində 20 diplomatik missiyasını riskli yer kimi müəyyən etdiyini deyib. Lakin o, informasiya məxfi olduğu üçün onların adlarını çəkməyib.

Amerika diplomatlarını təmsil edən həmkarlar ittifaqı yüksək riskli yerlərə əlavə dəniz piyadalarının göndərilməsini müsbət addım kimi qarşılayıb. Amerika Xarici Xidmət Assosiasiyasının prezidenti Süzan Conson ABŞ-ın bəzi konsulluqları və səfirliklərində ümumiyyətlə dəniz piyadalarının olmadığını deyir: “Dəniz piyadaları şəxsi mühafizədən daha çox ərazinin təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olur. Onların yerləşdirimləsi zərərin qarşısını ala, ya da azalda bilər, lakin təəssüf ki, onlar hələ hər yerə göndərilməyiblər.”

Süzan Conson Vaşinqtonda rəsmilərin gördüyü tədbirlərin diplomatların xidmət etdikləri ölkələrdə insanlarla təmaslarını çətinləşdirməyəcəyinə ümid bəsləyir. Məsələn, noyabr ayında Kabildə Amerika diplomatları prezident seçkiləri ilə əlaqədar tədbirə əfqan qonaqları dəvət etmişdi.

Süzn Consonun sözlərinə görə, diplomatlar səfirlikdən kənarda kontaktlar qurmaq istəyir və Benqazidə hücumdan sonra bu məsələ haqda daha açıq danışır: “Fikrimcə, bu məsələ ön plana keçəcək və mən xarici ölkələrdə xidmət sahəsində bir geriləmə görəcəyimi düşünürəm.”

Süzn Conson deyir ki, təhlükəsizliyin yaxşılaşdırılmasının bir yolu hökumətin daha çox maliyyə ayırmasına nail olmaq və diplomatlara xidmət edəcəkləri ölkənin dili və adətlərini öyrətməkdən ibarətdir. Diplomatlarla təlim verməklə təhlükəli vəziyyətlərin yaranmasının qarşısını almaq mümkündür.
XS
SM
MD
LG