Accessibility links

ABŞ iranlı etirazçılara dəstək verməyə çağırır


Iran Protest
Iran Protest

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bazar ertəsi bildirib ki, Birləşmiş Ştatlar digər ölkələri “İranda bütün dünyada olduğu kimi onlar üçün də universal olan hüquqlarını ifadə edən bu cəsur etirazçıları dəstəkləməyə” təşviq edir.

Bazar ertəsi keçirilən mətbuat konfransında İranda azad internetə çıxışı dəstəkləmək səyləri ilə bağlı suala cavab olaraq Prays deyib ki, Birləşmiş Ştatlar və avropalı tərəfdaşlar İran daxilində və xaricində kommunikasinı asanlaşdırmaq üçün addımlar atıblar ki, buna texnlogiya şirkətlərinə İrana sanksiya təhlükəsi olmadan avandanlıq göndərmələrinə icazə vermək daxildir.

İran sentyabr ayında 22 yaşlı Məhsa Əmininin polisin nəzarətində ölümündən sonra ölkə boyu baş qaldıran etirazlara cavab olaraq internet xidmətini məhdudlaşdırıb. Əmini ölkənin sərt geyim qaydalarını pozduğu iddiaları ilə saxlanılmışdı. Etirazçılar İranda islahatlara çağırırlar.

“Hüquqlarından dinc şəkildə istifadə edənlərin tərəfində olmaq həmişə Birləşmiş Ştatların siyasətidir,” Prays müxbirlərə deyib. “Biz burada bunu edirik. Biz dünya boyu ölkələri də eynisini etməyə çağırırıq və eynisini etmək üçün dünya ölkələri ilə işləyəcəyik,” o qeyd edib.

XS
SM
MD
LG