Accessibility links

ABŞ nümayəndəsi: Taliban Əfqanıstanda İslam Dövlətinin 8 əsas liderini öldürüb


ABŞ-ın yüksək səviyyəli nümayəndəsinin sözlərinə görə, Talibanın Əfqanıstandakı İslam Dövləti qolu olan İslam Dövləti Xorasana qarşı "uğurlu" hücumları onun imkanlarını zəiflədib və mülki şəxslərə qarşı genişmiqyaslı hücumların sayını "əhəmiyyətli dərəcədə" azaldıb.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tom Vest bu qiymətləndirmə ilə çərşənbə axşamı Vaşinqtondakı müstəqil analitik Stimson Mərkəzindəki seminarı zamanı paylaşıb.

"Onların davam edən çox aqressiv və amansız hücumlar edib ki, bu da İslam Dövləti Xorasanın imkanlarını əhəmiyyətli dərəcədə aşağı salıb" - deyə Vest bildirib.

O, "düşünürəm ki, 2023-cü ilin əvvəlindən Talibanın Əfqanıstandakı reydləri nəticəsində İslam Dövləti Xorasanın bəzilərinin xaricdə hücumlara məsul olan azı səkkiz əsas lideri məhv edilib" deyib.

Vest bildirib ki, terrorla mübarizə tədbirləri Əfqanıstanın mülki vətəndaşlarına qarşı hücumların "sabit azalmasına" səbəb olub.

"Əsasən də xəzərlərə qarşı olmaqla, dəhşətli hücumlar edilib. Lakin o vaxtdan bəri bu cür hücumların təkrar olunduğunu görmədik" deyə, o əlavə edib.

Lakin ABŞ elçisi xəbərdarlıq edib ki, Təhrik-i-Taliban Pakistan (TTP) regional sabitliyə "ən böyük təhlükədir". Vest "Biz TTP-nin Pakistanadakı hücumlarında çox əhəmiyyətli artım görürük" deyib.

"Pakistan Talibanı" kimi də tanınan silahlı qrup ABŞ tərəfindən qlobal terror təşkilatları siyahısına salınıb. O, qonşu Pakistanda terror aktları törədir və bütün bunları Əfqanıstandakı mövqelərindən idarə edir.

Pakistan rəsmilərinin dediyinə görə, iki il əvvəl Taliban Kabildə hakimiyyətə qayıtdıqdan sonra TTP sərhədyanı hücumları intensivləşdirib. Zorakılıqlar adi hala çevrilib və əsasən Əfqanıstan sərhədi və ya ona yaxın bölgələrdə mülki şəxslər və təhlükəsizlik qüvvələri də daxil olmaqla, 1500-dən çox pakistanlının həyatına son qoyub.

Forum

XS
SM
MD
LG