Accessibility links

Rusiya Ukrayna taxılının ixracını bloklayandan sonra ABŞ alternativ yollar axtarır


Rusiya Ukrayna taxılının ixracını bloklayandan sonra ABŞ alternativ yollar axtarır
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Rusiya Ukrayna taxılının ixracını bloklayandan sonra ABŞ alternativ yollar axtarır

Rusiya bazar ertəsi Qara Dəniz Taxın Təşəbbüsünü sonlandırıb. Həmin təşəbbes Ukrayna taxılənən dünyanın geri qalan hissəsinə azad axınına zəmanət verirdi. Bunun isə ən çox onsuz da ərzaq çatışmazlığı ilə mübarizə aparan ölkələrə təsir göstərəcəyi gözlənilir.

Ukrayna taxılını ərzaq təhlükəsizliyi olmayan ölkələrə çatdıran gəmilərin artıq Qara Dənizdən təhlükəsiz keçidinə zəmanət verilməyəcək. Belə ki, Rusiya Qərbin Rusiyanın ərzaq və gübrə məhsullarına qoyduğu məhdudiyətlərin təsirlərindən şikayətlənərək, Qara Dəniz taxıl təşəbbüsünü dayandırıb.

“Qara dəniz sövlələşmələrinin Rusiya ilə əlaqədar nəzərdə tutulan hissəsi yerinə yetirilən kimi, Rusiya sazişi dərhal yenidən icra etməyə başlayacaq,” Kremlin sözçüsü Dmitri Peskov deyib.

Türkiyə və Birləşmiş Millətlər Təşkilatı ötən yay Rusiyanın Ukraynaya qarşı müharibəsinin fəsadlarını yüngülləşdirmək üçün bu sövdələşməyə vasitəçilik edib.

“Bu təşəbbüs Ukrayna limanlarından 32 milyon ton ərzağın təhlükəsiz keçidini təmin edib. Yüz milyonlarla insan aclıqla üz-üzədir və istehlakçılar qlobal yaşayış xərcləri böhranı ilə mübarizə aparırlar. Bunun bədəlini onlar ödəcəyək,” BMT-nin baş katibi Antonio Quttereş deyib.

ABŞ Dövlət katibi Antoni Blinen də Rusiyanın qərarını pisləyib və ərzaq qiymətlərinin artıq artdığını qeyd edib.

“Biz Ukrayna ərzaqlarını dünya bazarına çıxarmağın başqa yollarını tapmaq üçün başqa nələr ədə biləcəyimizi araşdıracağıq. Buna Ukraynanın artıq etdiyi kmi, onları dəmir yolu və quru yolu ilə göndərmək daxildir, ancaq eyni zamanda lazım olan miqdar baxımından Rusiyanın ərzaqlardan silah kimi istifadə etməsi nəticəsində itiriləni əvəz etmək çox çətindir,” dövlət katibi deyib.

Mercy Corps adlı humanitar təşkilatdan Keyt Fillips-Barasso deyir ki, Rusiyanın bu qərarından xüsusilə onsuz da iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparan Afrika ölkələri təsirlənəcək.

“Ukraynadan təkcə taxıl deyil, həm də gübrələr ixrac olunur ki, onlar ərzaqların kütləvi miqyasda istehsalı üçün həqiqətən vacibdir və tələb olunur,” o bildirir.

Aclıq təhlükəsi artdıqca, bir başqa qrup Birləşmiş Ştatları davam edən humanitar səylərə dəstəyini artırmağa çağırıb.

“ABŞ çek kitabçasını çıxarmalalıdır və ən çox ehtiyacı olan ölkələrə ianələr vasitəsilə həyatlar xilas etməlidir,” Beynəlxalq Xilasetmə Komitəsindən Bob Kitçen deyir.

Ukrayna rəsmiləri Amerikanın Səsinə deyib ki, Kremlin qərarı onların ixraclarına pis təsir göstərəcək, amma onlar məhsullarını göndərmək üçün başqa yollar tapmağa çalışacaqlar.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG