Accessibility links

Bəzi ölkələr rekord səviyyədə yağış, daşqın və torpaq sürüşmələri ilə üzləşib


Bəzi ölkələr rekord səviyyədə yağış, daşqın və torpaq sürüşmələri ilə üzləşib
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Karib hövzəsi bu ilin ilk 5-ci kateqoriya qasırğasını gözlədiyi bir vaxt Hindistan və Çin də daxil olmaqla, bəzi ölkələr rekord səviyyədə yağış, daşqın və torpaq sürüşmələri ilə üzləşir. Elm adamları ekstremal hava şəraitinin iqlim dəyişikliyi səbəbindən davam edəcəyi barədə xəbərdarlıq edir.


Beril qasırğası Karib dənizinin cənub-şərqindən keçərək, Yamaykaya doğru irəlilədikcə Kleyv Devis kimi balıqçılar qayıqlarının təhlükəsizliyini qorumağa çalışır.

“O, tropik depressiyadan çox tex, çox sürətlə dəyişdi. Buna tarix deyirlər, tarix”.

Alimlər deyirlər ki, builki qasırğa mövsümü artıq tarix yazır.

“Burada qeyri-adi olan odur ki, o, bu il gözlədiyimizdən daha tez formalaşır. Bizdə belə fırtınalar adətən avqust və sentyabr aylarında olur, lakin biz bunu iyunda və iyulun əvvəlində gördük”, Texasın A&M Universitetindən Endrü Dessler deyib.

Təxminən on ilin ən isti temperaturu müşahidə edilən Vaşinqtonda fövqəladə hallar rəsmiləri çərşənbə axşamı prezident Co Bayden və onun Nazirlər Kabinetinə ekstremal hava şəraiti ilə bağlı məlumat verib.

“Artıq on milyonlarla amerikalı rekord isti temperaturla bağlı xəbərdarlıq alıb. Keçən ay burada Kolumbiya mahalında temperatur müsbət 37, Arizona ştatının Feniks şəhərində 44, Las-Veqasda 43 dərəcə olub”, Prezident Co Bayden bildirib.

Bayden hədsiz istilərin ABŞ-da hava şəraiti ilə əlaqəli birnömrəli qatil olduğunu deyib və iş yerində yeni təhlükəsizlik standartları da daxil olmaqla, amerikalıları qorumaq üçün tədbirlər elan edib. O, icmaları fırtına və daşqın kimi təbii təhlükələrdən qorumaq üçün layihələrin maliyyələşdirilməsinə təxminən 1 milyard dollar ayrıldığını bəyan edib.

Mayın sonlarında Selsi ilə təxminən müsbət 53 dərəcəyə çatan rekord temperatur və hazırda güclü yağışlarıa üzləşən Hindistanın Yeni Dehli kimi bölgələrdəki səhnələr artıq bütün dünyaya yayılır.

“Havalar getdikcə istiləşir. Bu, sənin ağlının səninlə oyun oynaması deyil. Bu, fizikadır. Biz atmosferə istixana qazları atırıq. Onlar istiliyi artırır və nəticədə Yer kürəsi daha isti olur”, Texasın A&M Universitetindən Endrü Dessler deyib.

Elm adamları deyirlər ki, yüksək temperatur dəniz səviyyəsinin qalxmasına və yağıntıların artmasına səbəb olur ki, bu da Beril qasırğası kimi daha çox fırtınalar deməkdir.

Forum

XS
SM
MD
LG