Accessibility links

Amerikanın yeni seçiciləri [Video]


Amerikanın yeni seçiciləri
please wait

No media source currently available

0:00 0:03:15 0:00

Hər dörd ildən bir gənc amerikalıların və yeni vətəndaş olanların qarşısında maraqlarını təmsil edən ali baş komandana səs vermək kimi bir məsuliyyət durur. Beləliklə, 2016-cı il prezident seçkilərində 10 milyona qədər yeni seçicinin iştirak edəcəyi gözlənilir.

Millətin özü kimi 2016-cı ildə ilk dəfə səs verəcək seçicilər də təkcə yaş və etnik baxımdan deyil, kəskin rəy diapazonu baxımından da fərqlidir. Bəziləri “Klinton elə yalançıdır ki… O, çox şeyi gizlətməyə çalışır", digərləri isə “Bu şəxs liderlik xüsusiyyətin malik olmadığını nümayiş etdirir. Bu, fanatizmdir” deyir.

Ölkədəki yeni seçicilərin çoxu 18-29 yaşlarında olan gənclərdir. Lakin araşdırmaların nəticələri həmin gənclərin seçkilərdə iştirak edəcəyi etimalının az olduğunu göstərir. Yeni vətəndaş olanlar üçün isə bu göstərici fərqlidir. Ancaq yeni vətəndaşların maraqları çox zaman üst-üstə düşür. “Bu ölkədə imkanlılarla imkansılar arasında fərq getdikcə artır. Bu isə qorxuya və nifrətə səbəb olur. Bunun nə ilə nəticələnməsini biz hazırda Böyük Britaniyada görə bilərik” deyə, Amanda Laq adlı seçici bildirir.

Yaşlılardan fərqli olaraq, iqtisadi məsələlərdə fərqli fikirlərə malik gənc seçicilər daha liberaldır. Vermont ştatının sakini Ceys Laqer bu il Respublikaçı partiyasının Klivlenddə keçirdiyi qurultayda ən gənc nümayəndə idi. “Yaşlı respublikaçılarla müqayisədə gənclərin çoxu daha liberaldır. Bu isə seçkilərin bizə sonda nəyə başa gələcəyini göstərir. Gənc Respublikaçılar nə istədiklərini demək üçün buradadır.”

Misir mənşəli amerikalı Aya Elamrussi millennial nəslinin səslərinin əhəmiyyəti ilə razılaşır. “Demokratik ölkədə səsvermə əsas addımdır. Amerikada bizim çoxumuz Misirlə müqayisədə daha rahat həyat yaşayırıq. 16 yaşında siz gedib iş tapırsınız və özünüzün gəliriniz olur. Orada isə bu mümkün deyil.”

Yeni seçicilər adətən respublikaçılardan daha çox Demokratlara və müstəqillərə meylli olur. Ancaq Trampın esteblişmentin namizədi olmaması bəzi seçiciləri özünə cəlb edib. Trampı dəstəkləyən Kristian Martinez: “Bəzi radikal bəyanatlarını çıxmaqla, mən hesab edirəm ki, o, güclü iqtisadi təməllər qoyacaq. İqtisadiyyat çox kövrək sahədir, lakin mən inanıran ki, o bizi pulsuz səhiyyə, pulsuz təhsillə təmin edə bilər”

Azlıqları təmsil edən Aya Elamrussi isə deyir ki, Trampın prezident ola biləcəyi fikri belə onu qorxudur. “Məsələ onun ritorikasının normal hala çevrilməsindədir. Bu, zorakılığa yol açıb, dinc debatın fiziki zorakılığa gətirib çıxara bilməsinin mümkünlüyündən ibarətdir. Problem buradadır."

Söhbət onların namizədlərdən hansındansa xoşları gəlib-gəlməməsindən getmir, burada əsas məsələ onların ilk dəfə səs verməsidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG