Accessibility links

ABŞ İsraili mülki əhalinin və yardım işçilərinin müdafiəsini təmin etmək üçün daha çox iş görməyə çağırıb


ABŞ İsraili mülki əhalinin və yardım işçilərinin müdafiəsini təmin etmək üçün daha çox iş görməyə çağırıb
please wait

No media source currently available

0:00 0:03:24 0:00

ABŞ İsraili mülki əhalinin və yardım işçilərinin müdafiəsini təmin etmək üçün daha çox iş görməyə çağırıb

Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi ABŞ-ın Vaşinqtonda yerləşən xeyriyyə təşkilatının yeddi işçisinin ölümünə səbəb olan İsrailin hava hücumundan "qəzəbləndiyini" deyib və İsraili mülki əhalinin və humanitar yardım işçilərinin müdafiəsini təmin etmək üçün daha çox iş görməyə çağırıb.

Təbii fəlakətlər və müharibələr nəticəsində əziyyət çəkən insanları ərzaqla təmin edən "World Central Kitchen" - Dünya Mərkəz Mətbəxi yardım qrupu konvoyu ərzaqla dolu anbardan çıxarkən İsrailin hava hücumuna məruz qalmasından sonra Qəzzada fəaliyyətini dayandırdığını bildirib. ABŞ rəsmisi öldürülən yeddi nəfər arasında ikili ABŞ-Kanada vətəndaşının olduğunu təsdiqləyib.

Yemək daşıyan zirehli yük maşınların üzərində Dünya Mərkəz Mətbəxi loqosu var idi.

Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi çərşənbə axşamı mətbuat brifinqində buna reaksiya bildirib. "Dünən İsrail ordusunun Dünya Mərkəz Mətbəxindən bir neçə mülki humanitar yardım işçisinin ölümü ilə nəticələnən hüvumu barədə xəbər bizi qəzəbləndirdi. Təşkilat Qəzzada və bütün dünyada ac insanlara yemək çatdırmaq üçün dayanmadan işləyir."

Dünya Mərkəz Mətbəxi məşhur aşpaz Hose Andres tərəfindən idarə olunur. Ağ Evin mətbuat katibi Karin Jan-Pyer prezident Co Baydenin Andreslə əlaqə saxladığını deyib. "Prezident Dünya Mərkəz Mətbəxi ailəsi ilə birlikdə kədərləndiyini bildirdi. Prezident Dünya Mərkəz Mətbəxinin Qəzza əhalisinə və bütün dünyadakı insanlara verdiyi böyük töhfəni qiymətləndirməyin vacib olduğunu deyib. Prezident bildirib ki, o, İsrailə açıq şəkildə humanitar yardım işçilərinin qorunmalı olduğunu bəyan edəcəyini bildirib".

Parisdə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken fransalı həmkarı ilə birlikdə yardım işçilərini "qəhrəman" adlandırıb və onların "qorunmalı olduğunu" deyib. "Biz bu xüsusi hadisə ilə bağlı İsrail hökuməti ilə birbaşa danışdıq. Biz nə baş verdiyini dəqiq başa düşmək üçün sürətli, hərtərəfli və qərəzsiz araşdırmaya çağırdıq."

Fransanın xarici işlər naziri Stefan Sejurné İsrailin hücumunu daha sərt qınayıb. "İcazə verin ilk növbədə qeyri-hökumət təşkilatı olan Dünya Mərkəz Mətbəxinin yeddi yardım işçisinin ölümünə səbəb olan İsrail hücumunu kəskin pislədiyimizi bildirim. Humanitar yardım işçilərinin müdafiəsi hər kəsin əməl etməli olduğu mənəvi və hüquqi vacib şərtdir".

Çərşənbə axşamı İsrail ordusu hava hücumuna görə "kədərini" ifadə edib və rəsmilərin insidenti ən yüksək səviyyədə araşdıracağını bildirib.

Yardım üzrə mütəxəssislər deyirlər ki, fələstinli uşaqlar və ailələrin aclıq astanasında olduğu bir vaxt, bu hücum vəziyyəti daha da ağırlaşdıracaq.

İsrail və HƏMAS arasında müharibə keçən ilin oktyabrın 7-də HƏMAS militantlarının İsrailin cənubuna hücum edərək, 1200-ə yaxın insanı öldürməsi ilə başlayıb. Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail altı aydır davam edən hücuma cavab olaraq, 33 min fələstinlini öldürüb.

Forum

XS
SM
MD
LG