Accessibility links

Nümayəndələr Palatası ermənilərin iddia etdiyi soyqırımla bağlı qətnaməni səsverməyə qoya bilər (Yenilənib)


Dövlət Departamentinin sözçüsü Filip Krouli brifinq zamanı
Dövlət Departamentinin sözçüsü Filip Krouli brifinq zamanı

ABŞ Konqresinin Nümayəndələr Palatasında ermənilərin iddia etdiyi soyqırımla bağlı qətnamə səsverməyə çıxarıla bilər.

Ağ Evin sözçüsü Robert Gibbs prezident Obamanın Konqresin Nümayəndələr Palatasında səsverməyə çıxarılması gözlənilən qətnamə ilə bağlı hər hansı telefon danışığı aparmadığını bildirib. Gibbs prezident Obamanın məsələ ilə bağlı mövqeyinin məlum olduğunu deyib. Ağ Evdə mətbuat konfransı zamanı prezident Obamanın Nümayəndələr Palatasının spikeri Nensi Pelozi, ya da qətnaməni dəstəkləyən hər hansı bir nümayəndə ilə onun qarşısının alınması ilə bağlı telefon söhbəti aparıb-aparmadığı haqda suala cavab verən Gibbs Türkiyə-ABŞ münasibətlərinin əhəmiyyətini vurğulayıb. O, Türkiyə və Amerika arasında münasibətlərin böyük əhəmiyyət daşıdığını deyib, lakin əlavə edib ki, prezident Obamanın məsələ ilə bağlı kiminləsə telefon söhbəti apardığını düşünmür.

Dünən Dövlət Departamentinin sözçüsü Filip Krouli Birləşmiş Ştatlar administrasiyasının soyqırıma dair qətnamənin əleyhinə olduğunu bildirmişdi. Brifinq zamanı müxbirlərin sullarını cavablandıran Krouli “Biz bu qərara qarşı olduğumuzu artıq açıqlamışıq” deyib. Məsələnin Dövlət katibi Hillari Klintonla spiker Nensi Pelozi arasında müzakirə edilib-edilmədiyi haqda sualı cavablandıran Krouli Nümayədələr Palatası ilə əlaqə saxlanıldığını deyib.

Qətnamə konqresmenlər Adam Şiff (Kaliforniaydan demokrat), Corc Radanoviç (Kaliforniyadan respublikaçı), Frank Pollone (Nyu Cersidən demokrat) tərəfindən təqdim edilmişdir. Səsvermənin keçirilib-keçirilməyəcəyilə bağlı dəqiq məlumat verilmir. Bu, yanvar ayında yeni Konqres işə başlamazdan əvvəl demokratların əksəriyyətdə olduğu son iclasdır. Noyabr seçkilərindən sonra demokratlar Nümayəndələr Palatasında çoxluğu itiriblər.

Amerikada türk-Azərbaycan icmasını təmsil edən qruplar və təşkilatlar qətnamənin səsverməyə çıxarılmasının qarşısını almaq üçün fəaliyyət aparır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG