Accessibility links

Dövlət katibi Klinton Rusiyanı Gürcüstanın işğalına son qoymağa çağırıb


Dövlət katibi Klinton Rusiyanı Gürcüstanın işğalına son qoymağa çağırıb
Dövlət katibi Klinton Rusiyanı Gürcüstanın işğalına son qoymağa çağırıb

Dövlət katibi Hillari Klinton ABŞ-ın 2008-ci ildə müharibədən sonra razılığa əsasən Rusiya qüvvələrinin Gürcüstandan çıxması çağırışını bir daha təkrar edib. Xanım Klinton bunu ABŞ-Gürcüstan Strateji Tərəfdaşlığa dialoq çərçivəsində çıxışı zamanı deyib. Dövlət katibi Rusiyanın Gürcüstandan ayrılmaq istəyən Abxaziya və Cənubi Osetiya regionlarında hərbi mövcudluğunu işğal kimi təsvir edib. Klinton deyib ki, Briləşmiş Ştatlar Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyindən geri çəkilməyəcək və qeyd edib ki, bu dəstək 2009-cu ildə tərəfdaşlığa dair razılığın prinsipinə uyğundur və ikitərəfli münasibətlərin əsasını təşkil edir.

XS
SM
MD
LG