Accessibility links

ABŞ "xarici agentlər" qanununa görə Gürcüstan rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir


ABŞ dövlət katibi Antoni Blinken
ABŞ dövlət katibi Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinken ölkədə kütləvi etirazlara səbəb olan "Xarici Təsirdə Şəffaflıq Qanunu" layihəsini qəbul edən Gürcüstan rəsmilərinə qarşı yeni viza məhdudiyyəti siyasətini açıqlayıb.

Blinkenin sözlərinə görə, son bir neçə ay ərzində hakim "Gürcü Arzusu" partiyası "birlik və ifadə azadlığını boğacaq, Gürcüstan vətəndaşlarına xidmət edən təşkilatları ləkələyən və müstəqil medianın işinə mane olacaq" qanun layihəsi hazırlayıb və qəbul edib.

Blinken "Gürcülər qanuna qarşı olduqlarını nümayiş etdirdikləri üçün biz müxalif fikirləri yatırmaq üçün hədə-qorxu və zorakılıq kampaniyasına dair açıq əlamətlər gördük" deyib.

Onun sözlərinə görə, həm qanunun özü, həm də etirazları yatırmaq üçün istifadə edilən repressiv taktika Gürcüstanın demokratiyasına, gürcü xalqının hüququ olan azadlığa xələl gətirir və Gürcüstanın uzun müddətdir bəyan etdiyi və konstitusiyasında öz əksini tapmış Avro-Atlantik Əməkdaşlıq və ABŞ-la strateji tərəfdaşlıq məqsədlərinə ziddir.

Bu addımlara cavab olaraq, Dövlət Departamenti Gürcüstanda demokratiyanın pozulmasına, dinc etirazların yatırılmasına görə məsuliyyət daşıyan şəxslərə və onların ailə üzvlərinə şamil ediləcək yeni viza məhdudiyyəti siyasəti tətbiq edir.

Blinkenin dediyinə görə, Gürcüstanda demokratik proseslərə və ya institutlara xələl gətirən hər kəs, o cümlədən 2024-cü ilin oktyabr seçkiləri ərəfəsində, seçkilər zamanı və ondan sonra ABŞ vizalarından və Birləşmiş Ştatlara səyahət hüququndan məhrum ediləcək.

Bundan əlavə, Blinken ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın yenidən nəzərdən keçilə biləcəyini bəyan edib.

“Biz əvvəlki kimi ümid edirik ki, Gürcüstan hakimiyyəti qanun layihəsini yenidən nəzərdən keçirəcək, demokratik və Avro-Atlantik məqsədləri həyata keçirmək üçün addımlar atacaq. Biz öz qərarlarımızı iki ölkə arasındakı münasibətləri və Gürcüstanın atdığı addımları nəzərə alaraq qəbul edəcəyik”, Blinken əlavə edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG