Accessibility links

Ağ Ev: Gürcüstan vətəndaşları regiona və bütün dünyaya nümunə göstərdilər


ABŞ hökuməti Gürcüstan xalqını tarixi seçkilərə görə təbrik edib


Oktyabrın 2-i ABŞ administirasiyası Gürcüstan vətəndaşlarını müvəffəq partlament seçkiləri ilə təbrik edərək, onların bütün post-sovet məkanı ölkələri, eləcə də dünya ictimiayyətinə əsl demokratiya nümunəsi göstərdiyini qeyd edib.

“Gürcüstan vətəndaşları demokratik hüquqlarından azad şəkildə istifadə edərək, rəqabət şəraitində seçki kampaniyası keçirməklə və hakimiyyətin dinc yolla dəyişdirilməsi prinsipinə sadiq qalmaqla region və bütün dünyaya nümunə göstəriblər”-deyə Ağ Evin sözçüsü Cey Karni bildirib.

Cey Karni deyib ki, səsvermənin son nəticələri hələ elan edilməsə də, bu seçkilər Gürcüstanda demokratiyanın möhkəmləndirilməsi istiqamətində mühüm bir addımdır. Ağ Evin sözçüsü Gürcüstan prezidenti Mixail Saakaşvili və Bidzina İvanişvilini Gürcüstan xalqı və bütün regionun rifahı naminə demokratiya və iqtisadi inkişafın davamlılığı prosesini təmin etmək məqsədilə birgə işləməli olduğunu bəyan edib. O, Birləşmiş Ştatların bu tarixi seçkiləri alqışlayaraq, gürcülərlə çiyin-çiyinə dayandığını bildirib və prezident Obama və onun administrasiyasının Gürcüstanla əməkdaşlıq və ikitərəfli tərəfdaşlığın gücləndirilməsini istədiyini deyib.

ABŞ Dövlət Departamenti də Gürcü xalqını dinc və fəal parlament seçkilərinin keçirilməsinə görə təbrik edib. “Bu gün bütün Gürcüstan vətəndaşları və ölkənin demokratik gələcəyi üçün mühüm bir gündür”- deyə Dövlət katibi Klinton bəyan edib.

“ABŞ ATƏT-in Demokratiya və İnsan Haqları bürosunun müşahidə missiyasını və onun Gürcüstan xalqının öz istəklərini səsvermə məntəqələrində azad şəkildə ifadə etdiyinə dair nəticələrini dəstəkləyr. İndi Gürcüstan vətəndaşları öz fikirlərini bildirdikdən sonra ABŞ Gürcüstanda demokratik və iqtisadi inkişaf naminə tərəfləri parlamentdə birlikdə konstruktiv şəkildə işləməyə çağırır. Biz ölkələrimiz arasında möhkəm münasibətlərə əsaslanaraq Gürcüstan xalqının daha parlaq gələcəyi naminə yeni parlament, eləcə də nazirləri kabineti və Gürcüstan prezidenti ilə birgə işləyəcəyimizi gözləyirik”-xanım Klintonun bəyanatında deyilir.
XS
SM
MD
LG