Accessibility links

ABŞ Milli Qvardiyasının keçmiş əsgəri və gürcü həkim Ukraynada yan-yana döyüşür


ABŞ Milli Qvardiyasının keçmiş əsgəri və gürcü həkim Ukraynada yan-yana döyüşür
please wait

No media source currently available

0:00 0:02:59 0:00

ABŞ Milli Qvardiyasının keçmiş əsgəri və gürcü həkim Ukraynada yan-yana döyüşür

Ukraynanın şərqindəki Donbas bölgəsində ABŞ Milli Qvardiyasının keçmiş əsgəri və gürcü həkimi bir ildən çoxdur yan-yana döyüşür. Davamlı atəşə məruz qalmalarına və çox sayda xəsarət almalarına baxmayaraq, hər ikisi Beynəlxalq Legionun üzvləri kimi Ukraynanı müdafiə etməyə sadiqdir.

"Gəl, bura, gəl, gəl"

"Yardım etmək, daha böyük bir şeyin bir hissəsi olmaq yaxşı hissdir."

Təhlükəsizlik məqsədilə özünə "Neyt" ləqəbi seçən bu ABŞ əsgəri Ukraynanın Müdafiəsi üzrə Beynəlxalq Legiona keçən il qoşulub. Onun işi yaralı döyüşçülərin xəstəxanalara təhlükəsiz şəkildə çatmasına yardım etməkdir. Neyt İraqda xidmət edib, lakin o, burada, Donbasda döyüşlərin daha intensiv olduğunu deyir. "Bağdadda keçirdiyim ilk missiyamda, dörd ildə mən buradakı qədər artilleriya hücumu görmədim."

Keti Leşkaşeli Neytin silahdaşıdır. Həkimdir, Rusiyada doğulub, lakin özünü gürcü hesab etdiyini deyir. "2022-ci ildə Ukraynada müharibə başlayanda Rusiya pasportunu atdım. Mart ayında isə Ukraynaya gəldim."

Rusiya Ukraynaya təcavüz edəndə Leşkaşeli mübadilə proqramı çərçivəsində Berlində bir COVID klinikasında işləyirdi. O, tez bir zamanda Beynəlxalq Legiona qoşuldu.

2022-ci il, martın 5-də o, Ukraynada idi. O, Ukraynaya marağının şəxsi məsələ olduğunu, Rusiyanın 2008-ci ildə Gürcüstanda törətdiklərinə əsaslandığını deyir. "Gürcülərə nə etdiklərini gördüm. O vaxt mən artıq Gürcüstanda idim, ona görə də hər şeyi görürdüm. Beləliklə, 27 yaşım olanda və Rusiyanın Ukraynada eyni şeyi edəcəyini eşidəndə dayana bilmədim. Və dayana bilmirəm, bir şey etməliyəm. Və əvvəldən düşündüm ki, "Yaxşı, mən həkiməm. Xəstəxanalarda yardım edəcəyəm və ya nəsə edəcəyəm."

Bir həkim kimi Leşkaşelinin əsas vəzifəsi yaralıların döyüş meydanından çıxarılmasıdır. O, artıq bir neçə dəfə qəlpələrlə yaralanıb.

Keçən qış Neyt mərmilər altında aparılan evakuasiya zamanı sol qolundan və ayağından yaralanmışdı. Leşkaşeli onu xəstəxanaya çatdırmalı olub.

Beynəlxalq Legionun həkimi Keti Leshkasheli: "Mən onu maşına mindirdim və səhra xəstəxanasına gətirdim. Lakin yolda elə bildim .., çünki çox soyuq idi, təxminən mənfi 20 dərəcə olardı və onun qolu …, sanki əzələləri yox idi."

Bir neçə ay davam edən reabilitasiyadan sonra Neyt öz işinə qayıtdı. Onun yaraları onu narahat etmir.

Noyabr ayında Leshkaşeli Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı tərəfindən Qızıl Xaç nişanı ilə təltif edilib.

Forum

XS
SM
MD
LG